Azərbaycan rəqqasları "Eurovision-dance
2008" müsabiqəsində beşinci yeri tutmuşlar
Azərbaycan
rəqqasları Eldar Cəfərov və Anna Sajina Şotlandiyanın
Qlazqo şəhərində keçirilmiş
"Eurovision-dance 2008" müsabiqəsində 5-ci yeri
tutmuşlar. Müsabiqənin qalibi isə Polşa rəqs
cütlüyü olmuşdur. İkinci yerə Rusiya,
üçüncü yerə isə Ukrayna rəqqasları
layiq görülmüşlər.
Hakimlər Azərbaycan
cütlüyünə 4-cü yeri vermişdilər, lakin
SMS-səsvermənin nəticələri onları bir pillə
geri salmışdır.
Eldar Cəfərov
və Anna Sajina "Odlar yurdu" adlı coşğun
rəqs ifa etmişlər. Onların
çıxışı Sara Braytman və Stiv Xarlinin
ifasında Endryu Lloyd Veberin "Fantom opera" müziklinin
musiqisi əsasında (aranjımançı Yaşar
Baxış) qurulmuşdu.
Bi-Bi-Si-nin Şotlandiya
bürosunun Avropa Yayım Şurasının dəstəyi ilə
keçirdiyi "Eurovision-dance 2008" müsabiqəsində
14 ölkədən-Azərbaycan, Rusiya, Yunanıstan, Portuqaliya,
Polşa, Ukrayna, Böyük Britaniya, Litva, Niderland, Finlandiya,
İrlandiya, Danimarka, Avstriya və İsveçdən rəqs
cütlükləri iştirak edirdilər. Builki yeni qaydalara
əsasən, rəqs cütlüklərindən biri
peşəkar olmamalı idi.
Respublika.- 2008.- 9 sentyabr.- S. 6.