Əli O.
Azərbaycan Eurovision Rəqs 2008 müsabiqəsinin
sensasiyasi
Azarbaycan bu il sözün əsl mənasında
Eurovision beynəlxalq müsabiqəsinin
sensasiyalı iştirakçısına
çevrildi. May ayında keçirilən
mahnı müsabiqəsinin
aparıcı debyutantı
kimi finalda 8-ci yeri tutdu. Daha sonra ən
yaxşı beşlik
rəqs qrupuna daxil olaraq “Eurovision Rəqs- 2008” adlı müsabiqədə iştirakı
ilə öz nailiyyətlərini Avropada
müvəffəqiyətlə nümayiş etdirdi.
Dünən İctimai Televiziyada Şotlandiyanın
Qlazqo şəhərində
keçirilən “Eurovision Rəqs
-2008” müsabiqəsində Azərbaycanı təmsil
edən Eldar Cəfərov və Anna Sajinanın iştirakı
ilə mətbuat konfransı keçirildi. Qeyd edək ki, Avropanın 20-dən artıq ölkəsində
yayımlanan bu müsabiqədə Böyük
Britaniya, Avstriya, İtaliya, Niderland, Portuqaliya kimi ölkələr iştirak
etsələr də milyonlarla tamaşaçı
auditoriyasını təşkil
edən müsabiqədə
ən yüksək qiymətləndirilən “Opera Kabusu”
-Eldar və Annanın ifası ilə yadda qaldı.
Jurnalistlərin suallarına
cavab verən cütlük bildirdi ki, müsabiqəyə hazırlıq əsaslı
və geniş masştablı olub. Öz nömrələri üzərində hazırlığa
cütlük ABŞ-da
quruluşçu-xoreoqraf Bruno Kollinazanın rəhbərliyi
ilə başlamışlar.
Daha sonra cütlüyün hazırlıq
prosesi İtaliyada çox məşhur olan Djeri Abrate
və Katerina Ardzenton adlı rəqs məktəbində
davam etmişdir.
Çıxışdan əvvəl
məşq proseslərinə
toxunan cütlük onu da əlavə
etdi ki, hər prosesdə daha uğurlu nəticə əldə olunurdu. İştirakçılar
bildirdilər ki, əldə olunan uğurların əsas səbəbi sadə olmayan dramatizmli rəqs nömrəsində
zəngin keçmişli
Azərbaycan mədəniyyəti,
musiqisinin Avropa musiqisi ilə bir yerdə vəhdət təşkil
etməsi olub.
Səsvermə prosesinə
toxunan iştirakçılar
bildirdilər ki, tamaşaçı və
jürinin rəyinə
görə Azərbaycan
4-cü yerdə olsa da sonradan Polşanın
birincilik qazanması ölkəmizi bir pillə aşağı saldı. Lakin bunda heç də ölkə və müsabiqə iştirakçılarının təqsiri olmadığını,
sadəcə ideal olmayan
səsvermə sisteminin
çatışmazlıqları ilə bağlı olduğunu söyləyən
cütlük debüt
olaraq iştirak etdikləri yarışmada
əldə edilən nəticənin pis olmadığını vurğuladılar.
Diqqətdən yayınmayan
bir məsələ isə dörd illik romantik münasibətə məhz
bu müsabiqədə
son qoyulması oldu. Belə ki, çıxışın
sonunda milyonlarla iştirakçının önündə
Eldar Cəfərov Annaya evlənmə təklifi etdi. “Bir çox insanların möhtəşəm
evlənmə təklifləri
həmişə məni
maraqlandırıb. Mən
bu təklifi etmək üçün ən münasib vaxtı orada milyonların qarşısında
etməkdə gördüm.
Bundan çox məmnunam” deyən Eldarın təklifinə çox sevindiyini bildirən Anna valideynlərinin
bu məsələyə
hələ də inanmadıqlarını vurğuladı.
Əldə olunan nailiyyət göstərir
ki, Azərbaycan və onun mədəniyyəti
getdikcə Avropa cəmiyyətində maraq
doğurur. Gələcəkdə
keçiriləcək “Eurovision -2009” müsabiqəsində Azərbaycanın
qalib olmaq şansları çox böyükdür.
İki sahil.- 2008.- 12 sentyabr.- S. 6.