Mükərrəmoğlu M.

 

Macarıstanla mədəni əlaqələr genişlənir

 

Mədəniyyət Turizm Nazirliyi mətbuat xidmətindən bildirmişlər ki, nazirlik Macarıstan Respublikasında Azərbaycanın qədim dövlətçilik ənənələrinin, tarixini, zəngin mədəni irsini, habelə Azərbaycan Respublikasının müasir daxili xarici siyasətini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli uğurlu fəaliyyətini, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsini Azərbaycanın birinci xanımı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin təbliği məqsədilə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi vasitəsilə cari ilin avqust ayında Macarıstanın Xarici Ədəbiyyat Milli Kitabxanasına kitab, CD DVD-lərdən ibarət zəngin kolleksiya göndərmişdir.

Bir neçə gün əvvəl Macarıstan Xarici Ədəbiyyat Milli Kitabxanasındakı Azərbaycan fondunu daha da zənginləşdirmək məqsədi ilə növbəti kolleksiya göndərilmişdir. Macarıstandan aldığımız məlumata görə Macarıstan Xarici Ədəbiyyat Milli KitabxanasındaAzərbaycan guşəsiyaradılmışdır.

 

Xalq qəzeti.- 2008.- 20 sentyabr.- S. 13.