Ukrayna sənətçiləri
Lökbatan və Sumqayıtda konsert veriblər
Azərbaycanda Ukrayna mədəniyyəti
günləri çərçivəsində
dost ölkənin incəsənət ustaları
Qaradağ rayonunun Lökbatan qəsəbəsində
konsert proqramı ilə çıxış
ediblər. Mədəniyyət
və Turizm Nazirliyindən bildirilib ki, tədbir Lökbatan qəsəbəsindəki
Heydər Əliyev adına parkda keçirilib. Sonra qonaqlar qəsəbədəki
Lesya Ukrayinkanın adını daşıyan
parkda da olublar.
Ukrayna
mədəniyyəti günləri Heydər Əliyev Fondunun
təşəbbüsü ilə əsaslı təmir olunan
166 nömrəli məktəb-liseydə davam etdirilib. Tədbirin təşkilini
yüksək dəyərləndirən
qonaqlar ölkələrimiz
arasında mədəniyyət
sahəsində əməkdaşlığın
səviyyəsindən razı
olduqlarını bildiriblər.
Konsert
proqramında Ukraynanın xalq artisti Vasili Çepelyuk,
əməkdar artistlər Lazuka Mixaylo, Alla Opeyda, Vyaçeslav
Siduma Azərbaycan və Ukrayna mahnılarını ifa
ediblər. Bundan əlavə,
konsertdə milli rəqslər, vokal-xoreoqrafik
kompozisiyalar, folklor əsərləri nümayiş
olunub.
Ukraynanın
incəsənət ustaları Sumqayıtın
"Kimyaçılar" mədəniyyət sarayında da
konsert veriblər. Tədbirə Ukraynanın ölkəmizdəki
səfiri Boris Petroviç Klimçuk da qatılıb. Konsert incəsənət ustalarının ifasında
Azərbaycan və Ukraynanın dövlət himnlərinin səslənməsi
ilə başlayıb.
Sonra qonaq sənətçilərin ifasında
Ukrayna xalq və bəstəkar mahnıları səslənib.
525-ci qəzet.- 2008.- 10 sentyabr.- S. 7.