Heydər Əliyev Fondu ilə tanışlıq qonaqlarda
zəngin təəssürat
yaratmışdır
Özbəkistan
Respublikası Baş nazirinin müavini Nodirxon Xanovun
başçılıq etdiyi nümayəndə heyəti
sentyabrın 9-da Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara
ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram
əlaməti olaraq yaradılmış Fondun
məqsədləri barədə ətraflı məlumat
verildi. Onlar ulu öndərin şəxsi
arxivindən götürülmüş
və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər
Əliyevin həyatının
ən müxtəlif məqamlarını əks
etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə
maraqla tamaşa etdilər.
Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı
fəaliyyətini əks
etdirən fotosənədlərə
xüsusi maraq göstərən qonaqlara
məlumat verildi ki, ümummilli lider Azərbaycana rəhbərliyinin bütün
dövrlərində beynəlxalq
əlaqələrin inkişafına
böyük diqqət
və qayğı göstərmişdir.
Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın
sosial-iqtisadi, mədəni
tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti
barədə gələcək
nəsillərdə, xarici
qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan
mədəniyyəti və
tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək
göstərməkdən ibarətdir.
Bundan əlavə, Fond bir çox
sahələrdə genişmiqyaslı
layihələr həyata
keçirir, görkəmli
siyasi xadimin arzularının reallaşmasına
öz töhfəsini
verir.
Sonda Nodirxon Xanova
Fondun layihəsi olan "Qarabağ xanəndələri" musiqi
albomu hədiyyə edildi.
Azərbaycan.- 2008.- 10 sentyabr.- S. 6.