Balakənlilər elektron kitabxanadan istifadə edəcəklər
Sentyabrın 19-da
Balakəndə mərkəzi rayon elektron kitabxanasının
açılışı olmuşdur.
Mərasimə
gələn Prezident İlham Əliyev kitabxana ilə
yaxından tanış oldu.
Mərkəzləşdirilmiş
kitabxana sisteminin yeni binası Dövlət Neft
Şirkətinin vəsaiti hesabına tikilmişdir.
Heydər Əliyev
adına Mədəniyyət və İstirahət
Parkının yaxınlığında yerləşən
ikimərtəbəli binanın ümumi sahəsi 520
kvadratmetr, kitabxananın fondu isə 30 min nüsxədir. Kitabxananın geniş foyesi, oxu salonu,
hər mərtəbədə
iki kitab saxlancı və digər xidməti otaqları vardır.
Binada
avtomatlaşdırılmış kitabxana informasiya sistemi
və elektron kitabxana fəaliyyət göstərir. Oxu salonunda quraşdırılmış
12 kompyuterin hamısı
internet şəbəkəsinə
qoşulmuşdur. Kitabxanada
21 nəfər işçi
çalışır.
Prezident İlham
Əliyevin sərəncamı ilə latın qrafikası
ilə nəşr olunmuş kitablardan bu elektron kitabxanaya da
hədiyyə edilmişdir.
Bu cür
kitabxanaların yaradılmasını yüksək
qiymətləndirən dövlətimizin
başçısı burada insanların biliklərini
artırmaları üçün gözəl şəraitin
olduğunu bildirdi.
Xalq qəzeti.- 2008.- 20 sentyabr.- S. 2.