Mürvətqızı S.

 

Azərbaycan kitabxanalarındakı Amerika mərkəzlərinin işi müzakirə olunub

 

2007-ci ilin iyun ayında Azərbaycan Dillər Universitetinin nəzdində ölkəmizdəki ilk Amerika Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın 5 kitabxanasının nəzdində Amerika Mərkəzlərinin fəaliyyət göstərməsi barədə Anlaşma Memorandumunu mədəniyyət turizm naziri Ə.Qarayevlə ABŞ-ın Bakıdakı səfiri Ə.Dersi tərəfindən imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Azərbaycanın 5 regionunda - Gəncə, Lənkəran şəhər, Salyan, Kürdəmir, Xaçmaz rayon mərkəzi kitabxanalarının nəzdində bu ilin mart ayında Amerika mərkəzləri fəaliyyətə başlayıb. Bugünlərdə isə Azərbaycandakı Amerika mərkəzlərinin konfransı keçirilib. Konfransın əsas məqsədi Amerika mərkəzlərinin təcrübəsini öyrənmək, dünyada Azərbaycanda fəaliyyət göstərən bu cür qurumların qabaqcıl metodlarının qiymətləndirilməsi yayılması olub. Konfransda qeyd olunub ki, dünyada 360 Amerika Guşəsi (Mərkəzi) fəaliyyət göstərir, yaxın vaxtlarda daha 29 Guşə yaradılacaq.

Regionlarda fəaliyyət göstərən Amerika Mərkəzləri kompyuter, skaner, printer, DVD-pleyer, rəqəmli fotoaparat və başqa avadanlıqlarla təchiz olunub.
   

525-ci qəzet.- 2008.- 13 sentyabr.- S. 23.