Gəncədə Nizami
Gəncəviyə həsr olunan ədəbi-bədii gecə
keçirilib
Gəncə
şəhər Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin Nizami adına 19 saylı kitabxana filialında dahi
şair Nizami Gəncəviyə həsr olunmuş
ədəbi-bədii gecə keçirilib. Sözügedən kitabxanadan
verilən məlumata əsasən tədbirdə
alim və yazıçılar, şairlər,
şəhər ziyalıları
və nizamisevərlər
iştirak ediblər. Gecəni giriş sözü ilə səyyah-yazıçı,
nizamişünas alim,
Azərbaycan Səyyahlar
Cəmiyyətinin Prezidenti
Əlişir Azəri
açaraq Nizami Gəncəvi irsinin dünyəvi əhəmiyyətindən
danışıb. Gəncə
Dövlət Universitetinin
professoru, nizamişünas
alim Xəlil Yusifli Nizami Gəncəvini həm dahi şair, həm də böyük mütəfəkkir
kimi səciyyələndirib:
"Nizami bütün
dövrlərin mütəfəkkir
şairidir. Onun "Xəmsə"si tam mənada bir hikmət xəzinəsidir. Nizaminin bir şair və
insan kimi böyüklüyü dünyəvi
mövzuları, bəşəri
problemləri qabartması,
onların həlli yollarını göstərməsidir."
Nizami
Gəncəvinin fiziki-kimyəvi və astroloji baxışları
mövzusunda fəlsəfə elmləri namizədi Sabir
Həsənzadə, "Nizami Gəncəvi ilahi
qüdrətə malik bir mütəfəkkir kimi"
mövzusunda alim və şair Məsail Quliyev məruzə
ilə çıxış edib. Filologiya elmləri
namizədi Ruziyə Quliyeva Nizaminin dahiliyindən söz açıb və gələcək nəsillərin
onun əsərlərindən
hər zaman fayda götürəcəyini
bildirib.Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının dosenti
Adil Ramazan, şair Elman Məmmədli, rejissor Mahir İsayev, Gəncə Şəhər Mədəniyyət
və Turizm İdarəsinin baş inspektoru Bəxtiyar Muradov da Nizami
irsinin zənginliyindən
və əhəmiyyətindən
danışıblar.
Tədbirdə
Nizaminin qəzəlləri, "Sənsiz" romansı
səsləndirilib.
525-ci qəzet.- 2008.- 11 sentyabr.- S. 7.