X.Ə.Hüseynova Azərbaycan Respublikası Prezi­den­­tinin fərdi təqaüdünün verilməsi haqqında

 

 Azərbaycan Res­­­publikası Prezidentinin Sərəncamı

 

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Xəlil Ərrəhman oğlu Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 sentyabr 2008-ci il

 

Xalq qəzeti.- 2008.- 26 sentyabr.- S. 6.