Sevinc
Qarşılıqlı
əlaqələr - zənginləşmə yoludur
Xəbər verdiyimiz
kimi, Avrasiya regionu üzrə milli, habelə ən nüfuzlu
kitabxanaları özündə birləşdirən Avrasiya
Kitabxanalar Assambleyasının növbəti iclasının
Bakıda keçirilməsi qərara alınıb.
İclasın təşkilatçısı günün 85
illik yubileyini keçirməyə hazırlaşan Azərbaycan
Milli Kitabxanasıdır.
AKA-nın yaranması,
onun məqsəd və məramı barədə daha
ətraflı məlumat almaq üçün Milli
Kitabxananın direktoru Kərim Tahirova müraciət etdik:
"Avrasiya Kitabxanalar Assambleyası 2003-cü ildə Rusiya
Federasiyası, Belarus, Qırğızıstan, Qazaxıstan
və Azərbaycanın iştirakıyla təsis olunub. Zaman
keçdikcə, MDB-yə üzv olan digər
ölkələrin Milli Kitabxanaları da bu assambleyaya
qatılmış, üzvlərinin sayı 11-ə
çatmışdır. Kitabxana assambleyasının ildə
bir dəfə illik müşavirəsi keçirilir. Avrasiya
Kitabxanalar Assambleyasının təsis olunduğu
gündən onun prezidenti ötən ilə kimi Rusiya Dövlət
Milli Kitabxanasının direktoru Viktor Fyodorov idi. Ötən
ilin noyabrında Moskvada keçirilən iclasda AKA-nın
prezidenti Belarus Milli Kitabxanasının direktoru Roman Motulski
seçilib. Hər 2-3 ildən bir səsvermə qaydasıyla
Assambleyanın prezidenti dəyişir. Keçirilən illik
toplantılar zamanı üzv ölkələrin Milli Kitabxanaları
arasında qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsi və MDB məkanında birgə
layihələrin işlənməsi üzrə
müəyyən tədbirlərin həyata
keçirilməsi məsələləri müzakirə
olunur.
Bildiyiniz kimi, noyabr
ayında Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi
təntənəlı şəkildə qeyd olunacaq. Buna
görə də biz assambleyaya üzv olan ölkələrin
milli kitabxanalarına dəvətlər göndərdik. Bu
dəvətlərdən sonra Belarus Milli Kitabxanasının
direktoru Roman Motulski yubiley çərçivəsində
Avrasiya Kitabxanalar Assambleyasının növbəti
iclasının Bakıda keçirilməsi üçün
mənə müraciət etdi".
Bu barədə Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevə məlumat
verən Kərim Tahirov, onun da bu təklifi razılıqla
qarşıladığını bildirdi: "Bundan sonra
üzv ölkələrin hamısına rəsmi məktub
göndərdik AKA-nın növbəti iclasının
keçirilməsi üçün iki ölkə
nəzərdə tutulmuşdur. Tacikistan və Azərbaycan.
Demək olar ki, üzvlərin yekdil razılığı
ilə iclasın Bakıda keçirilməsi qərara
alındı. Bizim tələbimiz ilə üzvlərdən
yalnız biri – Ermənistan Milli Kitabxanası iclasda iştirak
etməyəcək. Tədbirdə AKA daxil olmuş
ölkələrin Milli Kitabxanalarının direktorları
ilə yanaşı, həmin təşkilata üzv olan kitabxanalarla
birgə, layihələrdə iştirak edən, elektron
kitabxanalarda yeni texnologiyaların tətbiqində iştirak
edən, kitabxanalar üçün müəyyən proqramlar
hazırlayan təşkilatlar da iştirak edəcək".
Kərim Tahirovla
söhbət zamanı məlum oldu ki, Azərbaycan Milli
Kitabxanası ötən il Ankarada yaradılan Türkdilli
Ölkələrin Milli Kitabxanaları Konfransı
Təşkilatının üzvüdür. Ötən ilin
iyun ayında təsis olunan konfransın
üzvlüyünə türkdiili ölkələrin milli
kitabxanalarının direktorları daxıldir.
Sözügedən təşkilatın ikinci topiantısının
da 85 illik yubiley çərçivəsində Bakıda
keçirilməsi nəzərdə tutulub. Bu
təşkilatın memorandumunda qeyd olunub ki, tədbir hansı
ölkədə keçirilirsə, həmin ölkə konfransa
sədrlik edir. Türkdilli Ölkələrin Milli
Kitabxanaları Konfransı Təşkilatı birgə
layihələrin işlənməsi, türkdilli
ölkələr üçün vahid sistemin, vahid elektron
kataloqun, toplu kataloqun və məlumat bazasının
hazırlanması məqsədilə yaradılıb.
Ümumiyyətlə,
həm Türkdilli Ölkələrin Milli Kitabxanaları
Konfransı Təşkilatının ikinci
yığıncağının, həm Avrasiya Kitabxanalar Assambleyasının
toplantılarının Bakıda keçirilməsi
sözsüz ki, yubileyin daha təntənəli
keçirilməsinə vüsət verəcək. Yubiley
tədbirlərində 20-dən artıq ölkənin
nümayəndəsi iştirak edəcək. AKA-nın,
Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransı
Təşkilatı üzvlərinin Bakıda toplaşması
birgə layihələrin, təkliflərin müzakirə
edilməsi üçün şərait yaradacaq. Ötən
iclasda müzakirəsi yarımçıq qalan
mədəniyyət, incəsənət sahəsində
elektron informasiyanın ötürülməsi
məsələsinin növbəti iclasda davam etdirilməsi
və müəyyən sənədin işlənib
hazırlanması nəzərdə tutulub.
Türkdilli
Ölkələrin Milli Kitabxanaları Konfransında isə
bütövlükdə bütün türk
ölkələrinin milli kitabxanalarında saxlanılan
əlyazmaların, nadir kitabların, məcmu kataloqların
hazırlanması və onların elektron bazasının
yaradılması üçün müxtəlif
təkliflər irəli sürülüb. Bu təkliflərin
layihə şəklində qəbul olunması
gözlənilir.
Kərim müəllimin
fikrincə, hərə öz gücünü ortaya qoymaqla,
bütöv Türk dünyasının ən yaxşı
əlyazmalarını, ən yaxşı çap
məhsullarını, ən yaxşı dövrü
mətbuat, qədim ədəbiyyatını əks etdirən
bir məlumat bazası yaratmaq mümkündür.
Bugünlərdə
M.F.Axundov adına Milli Kitabxanada Rusiya Dövlət Milli
Kitabxanasının Elektron Dissertasiya Fondunun virtual oxu zalının
açılması haqqında oxucularımıza məlumat
vermişdik. Söhbət əsnasında Kərim
müəllimdən elektron mətnlərdən istifadə edərkən
plagiatlığın qarşısının alınması
üçün hansı tədbirlərin
görüldüyünü soruşduq: "Bilirsiniz ki, informasiya
resursu yalnız öz ölkəsinin alimlərinin deyil,
həm də qonşu ölkələrin alimlərinin
hesabına yeniləşir, zənginləşir. Hazırda
alimlərimiz, elmi işçilərimiz Rusiya Dövlət
Milli Kitabxanasının Fondunda olan 350 min dissertasiyanın birbaşa
elektron variantına baxmaq, ondan istifadə etmək imkanı
qazanırsa, bu onların işinə xeyli kömək etmiş
olur. Amma dissertasiyalarla zarafat eləmək olmaz. Onlar əlyazma
hüququna malikdirlər. Mətnlərin
köçürülməsi, dəyişdirilməsi mümkünsüzdür.
Çünki virtual oxu server vasitəsilə idarə olunur və
monitorda mətni açmaq, dəyişmək,
üzünü köçürmək heç cürə
mümkün deyil.
Kitabxanalar sənaye
texnologiyalarının yeni imkanlarını özündə
cəmləşdirməli, özünəməxsus təhsil
bazalarına çevrilməli, qarşılıqlı
əlaqələr vasitəsi ilə daha da
zənginləşməlidir".
Mədəniyyət.- 2008.- 20 sentyabr.- S. 9.