"Səhnəarxası görüslər" isıq üzü gördü

 

Kitabda Heydər Əliyevin sənət adamları ilə görüşlərindən, onlara göstərilən diqqət və qayğıdan söhbət açılır

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin 85 illik xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi. "Səhnəarxası görüşlər" adlı bu kitabın müəllifi xalq artisti, tarzən Zamiq Əliyevdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan kitabda dünya şöhrətli siyasətçi, ədəbiyyat və sənət adamlarının dostu Heydər Əliyevin müxtəlif tədbirlərdə  sənət adamları ilə görüşlərindən, onlara göstərilən diqqət və qayğıdan söhbət açılır. Eyni zamanda, bir sıra sənət adamlarının onun haqqında xatirələri və ürək sözləri, ümummilli liderlə çəkdirdikləri fotoşəkillər yer alıb. Tədbiri giriş sözü ilə açan M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov kitabla bağlı tədbir iştirakçılarına qısaca məlumat verdi: "Heydər Əliyevin həyatı və yürütdüyü siyasət haqqında çox kitablar nəşr olunub. Amma bu kitab unikallığı ilə digər dərgilərdən fərqlənir. Burada sənət adamlarına olan qayğı, onlarla pərdəarxası görüşlər, səmimi söhbətlər yer alıb. Sənət adamları hər zaman Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Kitabın müəllifı Zamiq Əliyev belə bir kitab nəşr etdirməklə gələcək nəsillərə Heydər Əliyevin sənətə və sənətkarlığa qiymət verən insan olduğunu bir daha çatdırdı.

Sonra kitabın müəllifı xalq artisti, dosent Zamiq Əliyev çıxış etdi. O, ümummilli lider haqqında kitab yazmaqdan fəxrlə söhbət açdı: "Bu həm şərəfli, həm də məsuliyyətli işdir. O, elə bir dahidir ki, bu kitabı yazarkən bilmədim ki, haradan başlayıb, harada bitirim. Çünki H.Əliyev istər dövlət naminə, istər sənət naminə o qədər humanist addımlar atıb ki, onlan qələmə alsaq, bir kitab azlıq edər. Kitabı ərsəyə gətirməklə çalışdım ki, bu, sənət adamlarından Heydər Əliyevin ruhuna xatirə olsun".

Sonra Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, Akademik Fuad Qasımov tədbirdə iştirak edən sənət adamları, aktyor aktrisalar çıxış etdi.

 

Üç nöqtə.- 2008.- 24 sentyabr.- S. 13.