Yusifova S.

 

“Göy qurşağı”nın yubiley sayı çapdan çıxıb

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ildən nəşr etdiyi "Göy qurşağı" uşaq jurnalının yubiley sayı işıq üzü görüb. Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə çıxan jurnalın yubiley nömrəsində kitabxana tərəfindən keçirilən "Mənim rəng dünyam" rəsm müsabiqəsinin qalibləri haqqında məlumat verilib. Həmçinin qaliblərin rəsmləri jurnalda öz əksini tapıb. Kitabxanada fəaliyyət göstərən Multimedia otağı burada balaca istifadəçilərə təqdim edilən elektron nəşrlər haqqında da jurnalda geniş məlumat verilib. Xalq artisti, Azərbaycanda teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olan Mirzəağa Əliyevin 125 illik yubileyi ilə əlaqədar balaca oxuculara aktyorun sənəti haqqında bilgi çatdırılıb. "Neft daşları" haqqında məqalə uşaqlar üçün maraqlı mütaliə materialıdır. Balaca oxucular jurnalda kompyuter ondan istifadə haqqında maraqlı məlumatlar da əldə edə biləcəklər. Jurnalın sonunda F.Köçərli adına Kitabxanadakı ən çox oxunan 6 kitab haqqında məlumat verilib. Bu sıraya Ələmdar Quluzadənin "Qürbətə düşən daş", Mir Mehdi Seyidzadənin "Seçilmiş əsərləri", Mikayıl Müşfiqin "Seçilmiş əsərləri", "Sevimli nağıllar", "Min bir gecə", Gülzar İbrahimovanın "Mən daha böyüyəm" kitabları daxildir.

 

525-ci qəzet.- 2008.- 17 sentyabr.- S. 7.