Mədəniyyət, gənclər idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azər­bay­can Respublikası Prezidentinin Sərəncamı

 

Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2008-ci il

 

Xalq qəzeyi.- 2008.- 4 sentyabr.- S. 1.