Şükufə

 

Azərbaycan reklamçıları dünya konqresində

 

Azərbaycan Reklamçılar İttifaqının prezidenti, professor Hacıəmi Atakişiyev bu günlərdə İordaniyaya işgüzar səfərdən qayıtmışdır. Görkəmli memar-reklamçı indiyədək dünyanın 50-dən çox ölkəsində olmuşdur. Harada olur olsun, öz işlərini, görüşlərini, çıxışlarını ilk öncə Azərbaycanın təbliği baxımından qururdu. Azərbaycanı tanımayanlar çox olmasa da var. Bax, bu, ona daha çox təsir edir. Söhbətimizə elə bu məsələdən başladıq.

- Dünya reklamçılarının bir mötəbər konqresində "DİV" reklam şirkətlərinin rəhbərləri Azərbaycanın harada yerləşməsindən hansı ölkələr sırasında olmasından xəbərsizdilər. Regional baxımdan onlara deyəndə ki, Azərbaycan Gürcüstan Ermənistanın yerləşdiyi bölgədədir, onda onlarda müəyyən təsəvvürlər yaranırdı. Bu yəqin ki, öz günahımızdır. Reklam təbliğatı ilə az məşğul oluruq.

Azərbaycan Reklamçılar İttifaqı bu dəfə altı nəfərlik heyətlə İordaniyada dünya konqresində iştirak etdik. Heç olmasa konqresin kataloqunda Azərbaycandan gələnlər iştirakçıların adları sırasında qeyd olundu.

Konqresdə əsas söhbətlərimiz dünyanın bir sıra tanınmış şirkətləri ilə (Mikrosoft, Dentsu s.) bazarlama reklam işlərinin əsasən internet - onların sistemi üzrə aparılacağı barədə oldu. Bu da Azərbaycanın reklam bazarının ləcəyinin bu gün bildiyimiz reklamlarda yox, artıq internetdə qurulmasına zəmin yaradır. Orada reklamçıların növbəti dünya konqresinin 2010-cu ildə Moskvada keçirilməsinə qərar verildi.

Bir məsələni qeyd edim ki, bu konqreslərin keçirilməsi üçün əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələr seçilir. Oradakı iştirakçılar bazar iqtisadiyyatını sürətlə inkişaf etdirən ölkə kimi Hindistanı qeyd etdilər. Bu konqresdə iştirakdan sonra bizdə belə təsəvvür yarandı ki, Azərbaycan sivil bazar iqtisadiyyatı yolunu seçməli, dünyada rəqabətə davam gətirə bilən məhsullar istehsal etməlidirlər. Bu məhsulların imici reklam baxımından daxili dünya bazarlarında tanınsın. Məsələn, "Koka-kola" sərinləşdirici içki 150 ilə yaxındır ki, Amerikanı təbliğ edir.

-  Hacıəmi müəllim, İordaniya həm turizmi genişləndirmək üçün informasiya reklam baxımından da sizin üçün maraq doğururdu. Siz Azərbaycan-İordaniya arasında turizmin qurulmasını cür görürsünüz?

-  Bilirsiniz, İordaniyaya səfərimiz çox gözlənilməz oldu. Bakıda keçirilən ikinci İordaniya sərgisində müəyyən layihə işlərində ilə mən iştirak edirdim. Sərginin işlənilməsi dövründə mən özüm üçün hələ uşaqlıqda oxuduğum, nağıl-əfsanələrdəki gözəllikləri, abidələri, memarlıq tikililərini, səhra dəva karvanlarını icad etdim. Fikirləşdim ki, mən bu ölkəni görməliyəm. İş elə gətirdi ki, İordaniya səfirliyinin təşəbbüsü ilə bir qrup heyətin İordaniyaya səfəri təşkil olundu. Öz ölkəsini tanıtmaq İordaniyada turizmi genişləndirmək üçün informasiya reklam baxımından bu ölkəyə səfər mütərəqqi bir addım idi.

İordaniyanın əhalisi 6 min nəfərə yaxındır. Ərazisinin 25% münbit, qalan hissəsi isə səhradır. Paytaxtı Amman şəhəri öz memarlıq gözəlliyi, yolları ilə göz oxşayır. Paytaxtda ölkə ərazisində turistlər üçün istənilən imkanlar şərait var. Amman meriyasının qərarı ilə tikinti işləri yerli əhəng daşından tikilir. rəng isti ölkələr üçün xarakterik olduğu üçün daha rahat görüntülər yaradır. Yollar, körpülər, keçidlər, landşaft memarlıq ölkədə tam həllini tapmışdır. Hətta səhranın dərinliklərinə qədər avtomobillərin gediş-gəlişi üçün çox rahat yollar salınmışdır. Ammanda "Zərgərlik geyim", "Xalq ənənələri" muzeyləri çox məlumatlı və baxımlıdır. Ammanın qədim mərkəzi olan Siratel altı min il tarixə malikdir. Burada daima turistlərin çoxluğunun şahidi olmaq olar. Amman bu gün memarlıq baxımından öz modernliyi ilə seçilir. Şəhərdən 45 dəqiqəlik yolda yerləşən Roma imperiyası dövrlərini təcəssüm etdirən Jarş tarixi şəhərsalma kompleksi öz strukturunu və memarlıq üslubunu bu günə qədər saxlamış, eyni zamanda turistlərin ən sevimli yeridir. Bu ərazidə həm yunan və həm də Roma mədəniyyəti nümunələrini görmək olur. Jarşda mədəniyyət və sənət festivalını görmək mümkündür.

-  İordaniyanın daha hansı etnoqrafik mərkəzlərində turist kimi gəzib, dincəlmək olar?

- İordaniyada olarkən məndə belə elə bir təsəvvür yarandı ki, Allah bu bölgəni yaradarkən dünya sivilizasiyasının ən görkəmli məkanı kimi seçmişdir. Burada tarix, mədəniyyət, insanların bir-birinə yüksək səviyyədə münasibəti (mən yeddi gün ərzində bir qışqırıq, özünü yüksək tutan bir şəxsə təsadüf etmədim), ali dini baxışları, işlək olmaları, elm-savad baxışlarındakı mükəmməllikləri ilə məni heyran etdilər. Ona görə də belə bir xislət sahibləri turizmi tez bir zamanda inkişaf etdirmiş, sözün əsl mənasında ən gözəl turizm mərkəzi yaratmışlar.

İordaniyanın ən qədim tarixi turizm məkanı "Petra" adlanır. Bu şəhər nabatilər dövrünə məxsus olaraq çox çətin qayalar arası yollara, keçidlərə malik Misir fironlarından qalma, Roma və Vizantiya üslublarında qayalarda tikilmiş memarlıq kompleksidir. Petranı görmək üçün çox çətin yollarla, nəqliyyat növü olaraq ulaq, dəvə və faytonlarla səkkiz kilometrlik yol qət etməklə bu gözəlliyi görmək olar. Bu şəhər dünyanın yeddi möcüzəsindən biri kimi YUNESKO siyahısına daxil edilmişdir. Bura turistlərin ən çox gəzdiyi yerdir.

Sonda qeyd edim ki, mən bir memar və reklamçı kimi dünya səyahətlərindən doymuram. Allah qismət eləsə bir olmadığım qitə qalıb - Avstraliya. Oranı da gəzib dolana bilsəm onda həm sevdiyim "Bakı" qəzetinə məlumatlar verəcəyəm və həm də planlaşdırdığım dünya haqda memuarlarımı yazıb, inşallah çap etdirəcəyəm...

 

Bakı.- 2008.- 11-17 sentyabr.- S. 4.