Akademik Zərifə Əliyeva adına park Zaqatalaya daha da gözəllik verir

 

Sentyabrın 19-da Zaqatala şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılışı olmuşdur.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva parkın açılışında iştirak etmişlər.

İki hektar ərazisi olan parkda tikinti işlərinə 2006-cı ildə başlanmışdır. Burada çoxlu dekorativ ağac, gül kollar əkilmişdir. İki fəvvarə, müasir işıqlandırma sistemi, yaraşıqlı oturacaqlar parka əlavə gözəllik verir. Burada konsertlər üçün açıq səhnə quraşdırılmışdır.
Parkın ərazisində ana uşaqlar üçün kafe, yaşlıların asudə vaxtının səmərəli təşkili üçün mərkəz yaradılmışdır. Gələcəkdə müxtəlif karusellər quraşdırılacaq, şou-əyləncə mərkəzi yaradılacaqdır.

Dövlətimizin başçısı və xanımı akademik Zərifə xanım Əliyevanın parkdakı büstü önünə gül dəstələri qoydular.

Prezident İlham Əliyev parkda yaradılan şəraiti yüksək qiymətləndirdi və insanların asudə vaxtlarını səmərəli keçirməsi, mədəni istirahəti üçün bu cür guşələrin zəruri olduğunu bildirdi.


 Xalq qəzeti.- 2008.- 20 sentyabr.- S. 5.