Heydər Əliyev Parkı Zaqatalanın yeni istirahət guşəsidir

 

Prezident İlham Əliyev sentyabrın 19-da Zaqatala şəhərinin Qaladüzü ərazisində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan park ilə tanış olmuşdur.

Dövlətimizin başçısı parkın baş planına və fəvvarələrə baxdı. Məlumat verildi ki, 1947-ci ildə salınmış parkda Dövlət Neft Şirkətinin vəsaiti ilə daxili imkanlar hesabına yenidənqurma abadlıq işləri aparılmışdır. Parkın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksi ucaldılmışdır.

Ərazisi 13 hektar olan parkda 27 növdən çox ağac, dekorativ gül kolları əkilmiş, biri musiqili olan iki fəvvarə, karusellər quraşdırılmışdır.

Parkın ərazisində Heydər Əliyev muzeyi, yay estradası, müasir üslubda xidmət obyektləri yerləşir. Girişdə geniş alaqapı tikilmişdir. Parkda xidmət obyektlərində 50 nəfər işlə təmin olunmuşdur. Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Xalq qəzeti.- 2008.- 20 sentyabr.- S. 3.