Zərifə Əliyeva adına park Qubanın yeni istirahət guşəsidir

 

AzərTAc xəbər verir ki, sentyabrın 27-də Quba şəhərinin mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan park istifadəyə verilmişdir.

Bu münasibətlə parka gələn Prezident İlham Əliyev əvvəlcə Zərifə xanımın burada ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Geniş ərazisi olan parkda yaraşıqlı fəvvarə tikilmiş, oturacaqlar qoyulmuş, minlərlə müxtəlif növ qızılgül, dekorativ kollar əkilmişdir. Bir sözlə, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

Azərbaycan.- 2008.- 28 sentyabr.- S. 2.