Heydər Əliyev Muzeyinin açılışı

 

Sentyabrın 7-də Cəlilabad şəhərində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.

İkimərtəbəli, müasir memarlıq üslubunda tikilmiş binanın birinci mərtəbəsində eksponatlar 4 bölmədə yerləşdirilmişdir. Birinci bölmədə ümummilli lider Heydər Əliyevin həyatının uşaqlıq gənclik illərinə, sovet dövründəki fəaliyyətinə dair fotoşəkillər nümayiş etdirilir. İkinci bölmədə dünyanın görkəmli şəxsiyyətlərinin ulu öndər barədə kəlamları ilə tanış olmaq mümkündür. Digər bölmələrdə isə ümummilli liderin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini, ötən əsrin 70-80-ci illərində ölkəmizin müstəqilliyi dövründə Cəlilabada səfərlərini əks etdirən fotoşəkillər toplanmışdır.

Muzeyin ikinci mərtəbəsində kompyuter və inzibati otaqlar, arxiv yerləşir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Xalq qəzeti.- 2008.- 9 sentyabr.- S. 3.