Milli Azərbaycan
Tarixi Muzeyinin eksponatları qonaqlarda böyük maraq doğurmuşdur
OANA
İcraiyyə Komitəsinin "Qloballaşan dünyada
informasiya hamı üçün" mövzusunda 30-cu
iclasının iştirakçıları sentyabrın
3-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.
Qonaqlara
məlumat verilmişdir ki, 1920-ci ildə yaradılmış
muzeydə qədim dövrdən başlayaraq Azərbaycan
tarixinin bütün mərhələlərinə dair 300
mindən çox eksponat toplanmışdır. 1895-1897-ci
illərdə tikilmiş və Bakının memarlıq
incilərindən sayılan bu bina vaxtilə Azərbaycan
milyonçusu, məşhur xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin mülkü olmuşdur.
Azərbaycanın
ərazisində mövcud olmuş Atropatena, Albaniya,
Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər
dövlətləri dövrünə aid maddi
mədəniyyət nümunələri, qədim
məişət əşyaları qonaqlarda xüsusi maraq
doğurmuşdur. Onlar xalqımızın bir çox
görkəmli şəxsiyyətlərinin Avropa tipli
təhsil almasına yardımçı olmuş Hacı
Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə
dair fotoşəkillərə, tarixi sənədlərə,
ona məxsus qiymətli əşyalara da baxmışlar.
Bildirilmişdir
ki, 130-dan çox işçinin
çalışdığı muzey həm də Milli
Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və
mədəni-maarif müəssisəsi funksiyasını
yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham
Əliyevin göstərişi ilə əsaslı təmir
olunmuş və yeni görkəm almışdır.
Qonaqlar
muzeydən xoş təəssüratla ayrılmışlar.
Azərbaycan.- 2008.- 10 sentyabr.- S. 6.