Sabirabadda Heydər Əliyev Muzeyi
açılmışdır
Sentyabrın
26-da Sabirabad şəhərində Heydər Əliyev Muzeyinin
açılışı olmuşdur.
Prezident
İlham Əliyev bu münasibətlə keçirilən
mərasimdə iştirak etmişdir.
Dövlətimizin
başçısı rəmzi açılışı
bildirən qırmızı lenti kəsdi və muzeylə
tanış oldu.
Tikintisinə
2007-ci ildə başlanmış binanın sahəsi 480
kvadratmetrdən çoxdur. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş
muzeyin yeddi bölməsində ümummilli liderin həyat
və fəaliyyətinə dair fotoşəkillər,
müxtəlif kitablar nümayiş etdirilir. Ulu öndərin
1970-ci illərdə, eləcə də müstəqillik
dövründə Sabirabad rayonuna çoxsaylı səfərlərini,
keçirdiyi görüşləri əks etdirən
fotoşəkillər xüsusi maraq doğurur. Muzeydə
konfrans salonu, kompyuter otağı da vardır.
Prezident İlham Əliyev muzeyin xatirə
kitabına ürək sözlərini yazdı.
Xalq qəzeti.- 2008.- 27 sentyabr.- S. 3.