Saatlıda Heydər Əliyev
Muzeyi açılmışdır
Sentyabrın
26-da Prezident İlham Əliyev Saatlı
şəhərində Heydər Əliyev Muzeyinin
açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısı rəmzi açılışı
bildirən lenti kəsdi, muzeylə tanış oldu.
Milli
memarlıq üslubunda tikilmiş, sahəsi 223 kvadratmetr olan
muzeyin ekspozisiya salonunun 8 bölməsində ulu öndərin
həyat və fəaliyyətinin bütün dövrlərini
əks etdirən 219 eksponat, o cümlədən
fotoşəkillər, kitablar, müxtəlif
sənədlər toplanmışdır. Ümummilli liderin müxtəlif dövrlərdə Saatlı
rayonuna səfərlərinə
və keçirdiyi görüşlərə dair
fotoşəkillər diqqəti
cəlb edir. Burada 5 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini
yazdı.
Xalq qəzeti.- 2008.- 27 sentyabr.- S. 1.