Tovuzda Heydər Əliyev
Muzeyi açılmışdır
Sentyabrın 24-də Tovuz
şəhərində Heydər
Əliyev Muzeyinin açılışı olmuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyev rəmzi açılışı
bildirən lenti kəsdi və muzeylə tanış oldu.
İkimərtəbəli,
öz görkəmi ilə şəhərin mərkəzi
meydanına xüsusi yaraşıq verən binanın ümumi
sahəsi 200 kvadratmetrdən çoxdur.
Muzeydə ümummilli lider Heydər Əliyevin həyatının
müxtəlif dövrlərini,
eləcə də Tovuz rayonuna səfərlərini və
keçirdiyi görüşləri
əks etdirən fotoşəkillər, dahi
şəxsiyyətə həsr
olunmuş kitablar toplanmışdır. Burada
ulu öndərin büstü də qoyulmuşdur.
Prezident
İlham Əliyev muzeyin xatirə kitabına ürək
sözlərini yazdı.
Xalq qəzeti.- 2008.- 25 sentyabr.- S. 5.