Tovuzda
Qafqazın ən qədim istehsal mərkəzi tapıldı
Tovuz rayonunda
yerləşən Göytəpə Neolit yaşayış
məskənində aparılan arxeoloji qazıntılar
nəticəsində Neolit dövrünə aid tikilinin
qalıqları və heyvan sümüyündən
düzəldilmiş-müxtəlif nümunələr
aşkarlanıb. Bu barədə APA-ya ərazidə tədqiqat
aparan elmi ekspedisiyanın rəhbəri Fərhad Quliyev
məlumat verib.
O, üzə
çıxarılan qədim ev və emalatxanalardan tapılan
kömür qalıqlarının Yaponiyaya analizə
göndərildiyini bildirib: "Radiokarbon analizi
vasitəsilə qazılmış təbəqə və
tapıntıların yaşı müəyyən
ediləcək. Tədqiqatlarımıza böyük maraq
göstərən yaponiyalı mütəxəssislərin
də fikrincə, abidə Qafqazın ən qədim is-tehsai
təsərrüfatma yiyələnən yaşayış
məskənidir. Bu abidə dünya əhəmiyyətlidir
və Qafqazda nadir rast gəlinən belə abidələr
əsasən Azərbaycandadır".
F.Quliyev
tədqiqatların qədim yaşayış məskənini
yerüstü muzeyə çevirmək məqsədilə
aparıldığını söyləyib: "Belə
yerüstü muzey-şəhərin nümunələri
artıq Türkiyə və Yunanıstanda var. Növbəti
il tədqiqatların daha geniş və uzunmüddətli
aparılması nəzərdə tutulub. Çalışırıq
ki, aşkarlanan bütün qalıqlar bərpa edilsin və
Göytəpə yaşayış məskəni
cəmiyyətə təqdim olunsun". Qeyd edək ki,
ərazidə aparılan tədqiqatın ilkin
mərhələsi bu ay yekunlaşacaq.
Mərkəz.- 2008.- 10 sentyabr.- S. 15.