Zaqatalada Heydər Əliyev Muzeyi açılmışdır
Prezident İlham
Əliyev sentyabrın 19-da Zaqatalada Heydər Əliyev adına
Muzeyin açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısı rəmzi açılışı
bildirən lenti kəsdi.
Ulu öndərin
adını daşıyan parkda yerləşən Heydər
Əliyev muzeyinin tikintisinə 2006-cı ildə
başlanmışdır. Binanın
ümumi sahəsi
348,5 kvadratmetr, ekspozisiya
salonunun sahəsi isə 294 kvadratmetrdir. Salonda ümummilli liderin qranitdən yonulmuş büstü qoyulmuşdur.
Prezident İlham Əliyev muzeyin 18 bölmədən ibarət
ekspozisiyası ilə
tanış oldu. “Görkəmli şəxsiyyətlər
xalqımızın zəkasını,
elmini, mədəniyyətini
dünyaya nümayiş
etdirirlər”, “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək
lazımdır”, “Biz müstəqil Azərbaycan
kimi əzəmətli
bir abidənin təməlini qoyuruq, onu
qururuq, yaradırıq”,
“Neft Azərbaycan xalqının milli sərvətidir”, “Biz tarixi köklərimizlə,
mənəvi dəyərlərimizlə,
milli ənənələrimizlə
fəxr edə bilərik” və digər mövzuda bölmələrdə ümummilli
lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid çoxsaylı fotoşəkillər,
kitablar və sənədlər nümayiş
etdirilir.
Muzeyin fond otağında
DVD avadanlığı, 7 ədəd kompyuter və
böyük monitor quraşdırılmışdır.
Prezident İlham
Əliyev muzeyin xatirə kitabına ürək
sözlərini yazdı.
Xalq qəzeti.- 2008.- 20 sentyabr.- S. 1.