Berlində Azərbaycan yazıçısının xatirə lövhəsi və barelyefinin açılışı olub

 

Berlin şəhəri, Fazanenştrasse 72 ünvanında görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin xatirə lövhəsi və bürüncdən hazırlanmış barelyefinin açılışı olub. Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat təmsilçiləri, Bundestaqın, Berlin Parlamentinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyi (XİN), Kansler İdarəsi, Berlin Senatının rəhbər işçiləri və əməkdaşları, müxtəlif öikələrin diplomatları və Azərbaycan ziyalıları iştirak ediblər.

Xatirə lövhəsini açan Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi çıxışında Əsəd Bəyin Avropada bir Şərq aşığı olduğunu deyib, onun nəğmələrinin yaşadığı bu evdən öncə Berlinə, sonra Almaniyaya və nəhayət bütün dünyaya yayıldığını söyləyib. O, Əsəd Bəyin həmvətənləri olan donosçular və alman faşistləri tərəfindən dərbədər salındığını, İtaliyadakı Positano şəhərinə sığındığını və orada vəfat etdiyini bildirib.

 

Yeni Azərbaycan.- 2008.- 16 sentyabr.- S. 8.