Məmmədov M.
Naxçıvanda
daha bir tarixi abidədə bərpa və yenidənqurma
işləri aparılıb
Naxçıvan
şəhərindəki Cümə məscidinin əsaslı
təmir və bərpa işlərindən sonra istifadəyə
verilməsi hamının ürəyincə olub. Təkcə o mənada
yox ki, uculub-sökülmək təhlükəsi
qarşısında qalan
bir tarixi abidəyə möhkəm
əl gəzdirilib, ona yeni həyat
verilib. Naxçıvan
MR Nazirlər Kabineti yanında Elmi Bərpa İstehsalat İdarəsinin bərpaçı
mütəxəssisləri bu sənət əsərinin ruhunu düzgün duyaraq üzərlərinə düşən
işlərin öhdəsindən
layiqincə gələ
biliblər. Məscid binasında bərpa və tərtibat işləri klassik Şərq üslubunda həyata keçirilib. Orta əsrlərdə məşhur olan Naxçıvan memarlıq
məktəbinin ənənələri
də qorunub saxlanılıb. Bərpa işlərində beş
min ədədə yaxın xüsusi olaraq bişirilmiş kərpicdən istifadə
olunması da görülən işlərin
çoxluğunu göstərir.
Deyilənə
görə, bu məscid XVIII əsrin
əvvəllərində inşa olunub. Elə o vaxtdan da
həmin məbəd bölgədə təkcə
ibadət məkanı
olmayıb, eyni zamanda maarif, mədəniyyət mərkəzi
funksiyasını da yerinə yetirib.
Əlbəttə,
mədəniyyətin, sənətin, ticarətin
sürətlə inkişaf etdiyi, böyük karvan
yollarının üzərində yerləşən bu
qədim şəhərdə coxlu sayda məscid binaları
tikilib. XII əsrdə böyük memar Əcəmi Əbübəkr oğlunun
Mömünə xatun
məqbərəsi yaxınlığında
yaratdığı Cümə
məscidi isə möhtəşəmliyinə və
memarlıq əlamətlərinə
görə Şərqdə
tayı-bərabəri
olmayan bir memarlıq incisinə çevrilib. Amma təəssüf ki, bu möhtəşəm
abidədən də bugünümüzdə əsər-əlamət qalmayıb. İki əsrdən artıq yaşı olan Cümə məscidi isə ağır və məşəqqətli bir
yol keçib. Xalqımızı istəməyən
bəzi qüvvələr
zaman-zaman ona da qənim kəsiliblər.
Vurulan ziyanların müqabilində isə dövrünün xeyirxah adamları həmişə
bu abidəni qorumağa çalışıblar.
Abidənin giriş qapısının
tağı üzərində
olan kitabə ilk dəfə olaraq burada 1894-cü ildə Hacı Novruzun oğlu Məhəmməd Cəfər
ağa tərəfindən
bərpa işləri
aparıldığını göstərir. 1918-ci ildə
isə erməni millətçiləri Naxçıvanda
iğtişaşlar
törətdiyi zaman yenidən bu Allah evini dağıtmaq
istəyiblər. Ağır
top atəşindən
açılan mərmilər
məscidin minarə hissəsini ciddi zədələsə də,
onu bərpa etmək mümkün olub. Sovet hakimiyyətinin
apardığı ateist
təbliğatı nəticəsində
islam dininə qarşı münasibət
xeyli dəyişsə
də, elə o illər ərzində
də Cümə məscidi regionda fəaliyyət göstərən
müqəddəs və
dini ocaqlardan biri olub. Bütün
qadağalara baxmayaraq,
yerli dindarlar islam tarixində əlamətdar olan bayram və müqəddəs günlərdə
bura yığışaraq
öz dini etiqadlarını yerinə
yetiriblər.
Amma nə
gizlədək, son illərdə regionda aparılan
genişmiqyaslı quruculuq tədbirləri sayəsində
inşa olunan müasir tipli yeni obyektlərin
qarşısında Cümə məscidi də xeyli bəsit
görünürdü. Nə yaxşı ki, indiki quruculuq
tədbirləri digər
tarixi abidələrimiz
kimi, bu məsciddən də yan ötüşmədi.
İki ilə yaxın bir müddətdə məscid
binasında aparılan
əsaslı təmir
və yenidənqurma işləri yüksək zövqlə başa çatdırılıb. Müqəddəs
Ramazan bayramı ərəfəsində istifadəyə
verilən məbəd
dindarların ən cox üz tutacaqları
ünvanlardan biri olub. Burada təkcə
bərpa və əsaslı təmir işləri aparılmayıb.
Ərazidə yeni yardımçı binalar
da tikilib. Yas mərasimlərinin keçirilməsi üçün
inşa olunan iki böyük zal da sakinlərin
ixtiyarına verilib. Burada yaradılan müasir mətbəx də hər çür məişət
avadanlıqları ilə
təmin olunub. Ən böyük xeyirxahlıq isə yas mərasimlərində
bu salonların xidmətindən adamların
pulsuz istifadə etmələridir.
Bölgədə
dini-mənəvi dəyərlərimizin qorunması və
möhkəmləndirilməsi istiqamətində həyata
keçirilən mühüm əhəmiyyətli
tədbirlərdən biri də müsəlman
dünyasında müqəddəs ünvanlardan sayılan
qəbiristanlıqlara münasibətin bir qədər
dəyişilməsi ilə bağlıdır. Naxçıvanda aparılan genişmiqyaslı quruculuq
tədbirləri artıq
bu sahəni də öz ağuşuna alıb. Məzarıstanlıqların hasar-çəpərə alınması,
onların ətraflarında
yaşıllıq zolaqlarının
salınması, su xətlərinin çəkilməsi
bu sahədə görülən xeyirxah işlərin bir qismidir.
Azərbaycan.-
2008.- 28 sentyabr.- S. 13.