Norveçdə
Azərbaycanın mədəniyyət
abidələri müzakirə edilib
33-cü
Beynəlxalq Konqres öz
işini başa vurub
Azərbaycanın Alban-Udi Xristian İcmasının sədri, Bakı
Dövlət Universitetinin geologiya
fakultəsinin baş elmi işçisi, geoloq Robert Mobili Norveçin paytaxtı Oslo şəhərində
keçirilən
33-cü Beynəlxalq Geologiya Konqresində iştirak edib. Konqresə UNESCO himayədarlıq edir. Mədəniyyət və
Turizm Nazirliyindən "Olaylar"a verilən
məlumata görə, konqresdə təmsilçimiz "Qədim Qafqaz
Albaniyasında tarixi Qəbələ-Şəki regionunun tikinti materiallarının geoloji izahatı" mövzusunda məruzə edib.
Bununla yanaşı həmin zonada yerləşən və Qafqaz Albaniyası dövründə inşa edilən tarixi və mədəniyyət
abidələri haqqında məlumat da verib.
Üç nöqtə.- 2008.- 10
sentyabr.- S. 13.