Ağsuda 2300 illik
maddi-mədəniyyət nümunələri aşkarlanıb
Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun Şamaxı - Ağsu arxeoloji
ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndindəki
Nərgizava abidəsinin ərazisində qədim
yaşayış dövrünə aid
maddi-mədəniyyət nümunələri
aşkarlayıblar. Arxeoloji qazıntılar zamanı torpaq qəbirlərlə yanaşı,
daş qutu, təknə və küp qəbirlərə
də təsadüf edilib. Ekspedisiyanın rəhbəri, tarix
elmləri namizədi Şirzad Əhmədov bildirib ki, antik
və ilk orta əsrlər dövrünə aid olan Nərgizava abidəsi ərazisində
qazıntılar zamanı
Gəgəli kəndində
2300 il əvvəl böyük yaşayış
məskəninin olduğu
aşkarlanıb: "Aşkarlanan 7 torpaq qəbir, sikkələr, bəzək əşyaları
və qırmızı
rəngli boyanmış
saxsı qablar bizim eradan əvvəl
III - I əsrə aid maddi-mədəniyyət nümunələridir. Oğuz - Qəbələ
- Bakı su kəmərinin çəkilişi
zamanı aparılan qazıntılar nəticəsində
bir neçə gün öncə Gəgəli və Bico kəndlərinin ərazisində 25 ədəd
küp qəbir, məişət və təsərrüfat qabları
aşkarlanıb". Ş.Əhmədov ərazidə
tədqiqat işlərinin davam etdiriləcəyini və əkin-biçin zamanı torpaq altındakı tarixi-mədəniyyət nümunələrinin
məhv olmaması üçün tədbirlər
görüləcəyini bildirib.
HəFtə içi.- 2008.- 9 sentyabr.- S.
6.