Hətəmov M.
3 minə yaxın film Dövlət Reyestrinə daxil edilib
200-dən çox ekran işi
isə qeydiyyatdan keçməyib
2007-ci ildə
Dövlət Reyestrinə
3 minə yaxın film
daxil edilib. 200-dən çox
film isə müəllif
hüquqlarının qorunmaması,
mövzudakı milli ayrı-seçkilik və
açıq səhnələrə
görə qeydiyyatdan
keçməyib. Bu barədə "Kaspi"yə
Mədəniyyət və
Turizm Nazirliyinin sektor müdiri Müşviq Hətəmov
məlumat verib.
Sektor müdiri
əlavə edib ki, son aylar telekanallar
qeydiyyat işinə daha ciddi yanaşırlar:
"Sevindirici haldır
ki, telekanallar filmlərin dövlət reyestrinə təqdim olunmasına marağı artırıblar. Bu il Az.TV, "Lider", "Srace" və ATV kanalları filmlərini təqdim edib. Bu istiqamətdə
200-dən artıq film reyestrə
daxil edilib".
M.Hətəmovun sözlərinə görə,
cari ildə də filmlərin reyestrdən keçməsi
işinin ödənişsiz
olacağı gözlənilir. Hazırda bununla
bağlı telekanallar
ödəniş etmirlər.
Kinoteatrlara gəlincə, M.Hətəmov
"Azərbaycan"dan razılıq
edib. Söhbət zamanı məlum
oldu ki, bölgə telekanalları
da filmlərini dövlət reyestrinə təqdim etməyə başlayıblar. Öyrəndik ki, "Xaçmaz TV" dövlət reyestri ilə əməkdaşlığını
intensivləşdirib. Pornoqrafik filmlərdən söz salan sektor müdiri
kasetlərin yığışdırılmasına
diqqət yetirdiklərini
bildirib.
Kaspi.- 2008.- 29 yanvar.- S. 17.