Zümrüd

 

"Ağa Məhəmməd şah Qacar" filmi ekranlaşdırılır

 

Film Heydər Əliyevin 85 illiyinə ithaf edilib

 

Azərbaycan xalqının zəngin tarixini mədəniyyətini hərtərəfli şəkildə təbliğ etmək geniş ictimaiyyətə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur. Bu işdə hər bir vətənpərvər insanın öz köməyini əsirgəməməsi vacibdir.

Bu baxımdan kinorejissor Şeyx Əbdül Mahmudbəylinin nüfuzlu rəsmilərdən birinin yardımı, eləcə Mədəniyyət Turizm Nazirliyinin Heydər Əliyev Fondunun razılığı ilə Azərbaycan tarixində xüsusi yer tutan Ağa Məhəmməd şah Qacar haqqında film-tamaşa hazırlaması təqdirəlayiqdir. Rejissorun sözlərinə görə, Azərbaycanın tarixi şəxsiyyətlərini xalqımıza daha yaxından tanıtmaq üçün belə filmlərin çəkilməsinə böyük ehtiyac var. Film-tamaşanın ədəbi materialı üçün görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin , "Ağa Məhəmməd şah ,Qacar" adlı tarixi dramına müraciət etdiyini deyən rejissor bu dram əsərinin unudulduğuna da diqqət çəkib. Film-tamaşada gözəl aktyorumuz Rasim Balayevin çəkilməsini istədiyini bildirən müəllif bunun üçün aktyorla danışdıqlarını bildirib: "Filmin çəkilməsində Azərbaycanın tanınmış alimləri, ziyalıları da öz məsləhətləri ilə iştirak edəcək. Bu işə gənc televiziya film rejissorları da cəlb olunacaq. Filmin çəkilməsi üçün bankda hesab da açmışıq". Rejjssor bu filmin ümummilli lider Heydər Əliyevin 85 illiyinə ithaf edildiyini bildirib.

 

Səs.- 2008.- 12 yanvar.- S. 12.