Gənc istedadların xüsusi
təqaüdə layiq
görülməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamж
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı
haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı
Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan
aşağıdakı şəxslərin adları
Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılsın və onlar Azərbaycan
Respublikası Prezidentinin xüsusi aylıq
təqaüdünə layiq görülsünlər:
Ağayeva Gülər İlham qızı - Azərbaycan Milli
Konserva-
toriyasının nəzdində İncəsənət
Gimnaziyasının şagirdi,
Cəfərov Xamiz İlham oğlu - Bakı Xoreoqrafiya
Məktəbinin şagirdi,
Kərimli Akif Kərim oğlu - Bakı Xoreoqrafiya
Məktəbinin şagirdi,
Qəniyev Elvin Xoca - Türkiyənin Bilkənd Universiteti
nəzdində Adnan Sayqun adına Musiqi Məktəbinin
şagirdi,
Məmmədova Şəfiqə Namiq qızı -
Azərbaycan Milli Konser-
vatoriyasının nəzdində İncəsənət
Gimnaziyasının şagirdi,
Nağıyev Vaqif Vahid oğlu - Bülbül adına Orta
İxtisas
Musiqi Məktəbinin şagirdi,
Sadıqzadə Zəminə Elxan qızı - Bakı
Xoreoqrafiya
Məktəbinin şagirdi,
Zeynalov Rüstəm Samir oğlu - Bakı şəhər 4
saylı Uşaq
Musiqi Məktəbinin şagirdi.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 yanvar 2008-ci il
Azərbaycan.- 2008.- 9 yanvar.- S. 1.