Firəngiz Əlizadə "Sülh naminə artist" adına layiq görülüb

 

Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə YUNESKO tərəfindən "Sülh naminə artist" adına layiq görülüb. Bu barədə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Elenora Hüseynova məlumat verib. Bu xəbər nümayəndəliyə məktub vasitəsi ilə daxil olub. Öyrəndik ki, "Sülh naminə artist" diplomu bəstəkara yaxın vaxtlarda təşkilatın baş qərargahında bu münasibətlə keçiriləcək təntənəli mərasimdə təqdim ediləcək.

 

Kaspi.- 2008.- 12-14 yanvar.- S. 20.