Tarzən Ramiz Quliyev dirijor Eyyub Quliyevin Polşadakı son  konsertləri "İlin konserti" adına layiq görülmüşdür

 

AzərTAc xəbər verir ki, Polşanın nüfuzlu "Belostok Viborca" qəzeti 2007-ci ildə ölkədə təşkil edilmiş ən əhəmiyyətli mədəni tədbirlər üzrə sorğu keçirmişdir.
Sorğunun nəticələrinə görə, görkəmli Azərbaycan musiqiçisi, tarzən, professor Ramiz Quliyev və oğlu, dirijor Eyyub Quliyevin Polşadakı son konsertləri "İlin konserti" adına layiq görülmüşdür.
Həmin konsertdə milli musiqi alətimiz tar üçün yazılmış əsərlər Polşada ilk dəfə səsləndirilmişdir.
Tədbirdə Ramiz Quliyev Polşanın məşhur Podlaziya Filarmonik Orkestrinin müşayiəti ilə H.Xanməmmədov və H.Rzayevin əsərlərini, eləcə də muğamlarımızı ifa etmişdir. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq etmişdir. Konsertdə R.Ştrausun "Don Juan" və P.Çaykovskinin "İtalyan kapriççiosu" əsərləri də səslənmişdir.

 

Azərbaycan.- 2008.- 8 yanvar.- S. 3.