Qocayeva A.
Milli musiqimiz bütün dünyada
yüksək səviyyədə qarşılanır və
qiymətləndirilir
Şəfiqə Axundovanın 84
yaşı tamam olur
Görkəmli
bəstəkarımız Üzeyir Hacıbayovun
bəstəkarlıq məktəbi ənənələri bu
gün onun yetirmələri tərəfindən
ləyaqətlə davam etdirilərək gələcək
nəsillərə çatdırılır. Bu məktəbi
davam və inkişaf etdirən tanınmış
bəstəkarlardan biri də ömrünün 84-cü
baharını qeyd edən xalq artisti,
"Şöhrət" ordenli, Prezident
təqaüdçüsü Şəfiqə Axundovadır. İncə
duyumlu, həssas qəlbli bəstəkarı doğum
günü münasibətilə təbrik etmək və son
illərdəki yaradıcılığı ilə yaxından
tanış olmaq məqsədilə onun qonağı olduq.
Nəzərinizə
çatdıraq ki, Ş.Axundova "Ev bizim, sirr bizim"
operettasının, onu Şərqin ilk qadın
bəstəkarı kimi tanıdan "Gəlin qayası"
operasının, 500-dən artıq yaddaqalan və
uzunömürlü mahnıların, sonatina, süita, kvartet,
dörd səsli ansambl üçün spertino, simli kvartet
üçün pyeslərin, xor üçün bir sıra
əsərlərin, dramatik teatr və uşaq tamaşalarına
yazılmış musiqilərin və bu kimi
incəsənət xəzinəsini zənginləşdirən
müxtəlif janrlı əsərlərin müəllifidir. Ömrünün
müdrik çağlarını yaşayan Şəfiqə
xanım bu gün də yorulmadan çalışaraq
"yaddaqalan əsərlər yaradır.
- Şəfiqə xanım,
sizi doğum gününüz münasibətilə
təbrik edirik. Müəlliminiz Üzeyir
bəyi necə xatırlayırsınız?
- Üzeyir bəy mənə “qoçaq qız” deyə müraciət edərdi. Milli musiqilərimizi tələbələrinə dərindən mənimsətmək üçün əlindən gələni əsirgəməzdi. Bizə qarşı olduqca tələbkar, diqqətcil, sənətə qarşı son dərəcə məsuliyyətli idi. Üzeyir bəy nəinki biz tələbələrin oxumasının, hətta yeməyinin və geyinməyimizin də qayğısına qalırdı. Hətta kasıb tələbələrin, o cümlədən mənim təqaüdümün üzərinə öz şəxsi vəsaiti hesabına 50 manat artırmışdı. Çalışırdı ki, fikrimizi maddi vəziyyətdən çox milli musiqilərimizi öyrənmək ətrafında toplayaq. Üzeyir bəy özü üçün gətirdiyi və arasında yağ, kürü və pendir olan çörəyi həmişə mənimlə bölərdi. Mən əksər hallarda utandığımdan yemək istəməyərək ağlayardım, lakin axırda o deyən olardı.
- Dahi Üzeyir bəydən nələri əxz etmisiniz?
- İşgüzarlığı, öz üzərimdə daim işləməyi, sənətə qarşı məsuliyyətli olmağı öyrənmişəm. O deyərdi ki, mahnını elə bəstələmək lazımdır ki, insanı bir əhval-ruhiyyədən başqa əhval-ruhiyyəyə salsın, dinləyicinin ürəyini titrətsin.
- Şəfiqə xanım, ilk bəstələdiyiniz əsərlər hansılardır və onların ilk ifaçıları kimlər olublar?
- Nizaminin anadan olmasının 800 illik
yubileyinə həsr etdiyim "Nə gözəl", "Neçin qəmxar saxlarsan" romansı, M.Dilbazinin sözlərinə
"Beşik başında"
və X.Əlibəylinin sözlərinə bəstələdiyim
"Röya" mahnı-romansım ilk əsərlərimdəndir. "Röya" mahnı-romansını 1944-cü ildə böyük sənətkarımız Bülbül Tiflisdə keçirilən
Zaqafqaziya Musiqi Baharı
festivalında ifa etmişdi. Sonra Sona Aslanova,
Zöhrə Rəhimova,
Hüseynağa Hacıbababəyov,
Əlövsət Sadıqov,
Sara Qədimova, Şövkət Ələkbərova,
Əbülfət Əliyev,
Elmira Rəhimova, Səkinə İsmayılova,
Nazpəri Dostəliyeva,
Gülüstan Əliyeva,
Mətanət İsgəndərli,
Gülyanaq və Gülyaz
Məmmədova bacıları və hazırda bir çox
müğənnilər mahnılarınıı ifa
edirlər.
- Hansı şairlərin əsərlərinə musiqilər bəstələmək ruhunuza daha yaxın olub?
- S.Rüstəm, S.Vurğun,
C.Xəndan və bu kimi şairlərin
sözlərinə mahnılar
bəstələmək ruhuma
daha yaxın olub. Yaradıcılığının ilk dövrlərindən Bəxtiyar Vahabzadə ilə işləmək ruhuma qida verib.
O özü həmişə
böyük həvəslə
mənə mətnlər
verir. Bəxtiyar müəllimin "Nədən
oldu"
şeirinə yazdığım mahnıya İbrahim
Tatlısəs "Qarayozma" adlı film çəkib.
- Əsərlərinizin ilk dinləyicisi
kim olub?
-
Oğlum Taleh əsərlərimin ilk dinləyicisi
və ilk tənqidçisidir.
- Şəfiqə
xanım, siz musiqinin müxtəlif janrlarında uzunömürlü
əsərlər yaratmaqla
bərabər, həm
də respublikamızın
bir sıra teatrlarında oynanılan tamaşalara musiqilər bəstələmisiniz
- Bu sahədə
yaradıcılığım olduqca zəngindir. Gənc Tamaşaçılar Teatrında
12 tamaşaya, Akademik
Dram Teatrında 1 tamaşaya,
Kukla Teatrında 8 tamaşaya musiqi bəstələmişəm. 1958-ci ildə Gəncə
Dram Teatrında oynanılan
B.Vahabzadənin "Vicdan"
əsərinə musiqi
yazmışam. O vaxtdan
Ağdam, Mingəçevir,
Sumqayıt və bir sıra şəhərlərin
teatrlarında oynanılan
tamaşalara saysız-hesabsız
musiqilər bəstələmişəm.
- Hazırda yaranan bir sıra musiqilərə
münasibətinizi bilmək
istərdik.
- Azərbaycan milli musiqisi bütün dünyada yüksək səviyyədə qarşılanır
və qiymətləndirilir.
Ancaq son vaxtlar yaranan musiqilərdən narazıyam.
Musiqilərimizə yad xallar, yad nəfəslər gətirilib. Ən pisi
də odur ki, bir qrup
səviyyəsiz tamaşaçı
belə musiqiləri
hay-küylə qəbul
edirlər. B.Vahabzadə belə mahnılara "bic mahnılar, atası, anası olmayan mahnılar" deyir. Üzeyir bəy deyirdi
ki, mahnı yazmaq çox çətindir, çünki
ona xalq qulaq asır. Hər bir bəstəkarın öz dəst-xətti, yazı üslubu, öz xüsusiyyəti olmalıdır.
- Son vaxtlar yeni əsərlər yazırsınız?
- Bircə gün işləməsəm,
özümü
- Şəfiqə
xanım, sizə uzun
ömür, cansağlığı
və yaradıcılığınızda
böyük uğurlar
diləyirik.
- Çox sağ olun.
İki sahil.- 2008.- 12 yanvar.- S. 6.