Mükərrəmoğlu M.

 

"Xatirə mahnılar" capdan çıxıb

 

Xalq artisti, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanov son illər bir neçə əsər çap etdirmişdir. Bu günlərdə isə onun "Xatirə mahnılar" (fortopiano ilə oxumaq üçün) kitabı işıq üzü görüb.

Məlumat üçün bildirək ki, Tofiq Bakıxanov üç balet, üç musiqili komediya, 8 simfoniya, 6 simfonik poema, 5 simfonik muğam, müxtəlif alətlər üçün 26 konsert, iri həcmli kamera-instrumental əsər, yüzdən çox mahnı və romansların müəllifidir.

Yeni kitabına salınmış mahnılar məcmuəsindəki şeirlərin müəllifl Dünya Azərbaycanlıları Konqresinin sədri, Edinburq Universitetinin professoru, görkəmli alim və şair Qulamrza Səbri Təbrizidir. Onun poeziyası özünəməxsusluğu ilə seçilir. "Vətən həsrəti", "Mənim iki dünyam", "Həyat fəlsəfəsi", "Fikir dalğaları", "Sönməz ocaq", "Seçmə şeirlər", "Xudafərin" və başqa şeir kitabları oxucular arasında geniş yayılmışdır. Yeni məcmuəyə bəstəkarın onun 7 şeirinə yazdığı mahnı daxil edilmişdir. Üzeyir Hacıbəyova həsr olunmuş "Ulu ustad" mahnısı daha çox diqqəti çəkir. Belə ki, bu mahnıda həm şair, həm də bəstəkar böyük Üzeyir ruhunu saxlamağa, ona böyuk xalq məhəbbətini izhar etməyə çalışmışlar.

"Məktəb illərim", "Sevirəm onlan ki", "Eşq-ayrılıq", "Gözləyirəm", "Fikir dalğaları", "Xoşbəxtlik" şeirlərinə yazılmış mahnılar bu məcmuədə öz əksini tapıb.

Məcmuə "Mütərcim" nəşriyyatında çapdan buraxılıb.

 

Xalq qəzeti. -2008.- 27 yanvar.- S. 6.