Rzayeva M.
Ermənilər “Sarı
gəlin”imizi
oğurlayıb
Türkiyənin
özəl kanalları da bu mahnını
düşmənlərimizin ağısına çevirib
"Sarı
gəlin" həqiqətən başıbəlalı
imiş. Mahnıda olduğu kimi, gerçək həyatda da.
Hər kəs bizim sarı gəlinimizə sahib çıxmaq
istəyir. Xüsusən də özgənin mahnı
özünküləşdirməyin mahir ustası
ermənilər.
Məlumdur ki,
Ermənistan "Evrovizion"un növbəti
müsabiqəsinə "San gəlin"lə
qatılacağını elan edib. Hətta mahnı erməni
ifaçı Siruhi Harutyunyanın ifasında videolentə
də alınıb. Bu məsələdə Azərbaycan
tərəfinin rəsmi mövqeyi də, ictimaiyyətin
etirazı da bəllidir. Gələk, digər
məsələyə. Ermənilərin oğurluğu bir
yana, bu gedişlə özümüzə simsar hesab etdiyimiz
Türkiyənin özəl telekanalları da "Sarı
gəlin"i az qala erməni mahnısına döndəriblər.
Qətlə yetirilən jurnalist Hrant Dink barəsində danışılanlar,
verilən istənilən xəbər, məlumat mütləq
"Sarı gəlin" sədaları altında
yayımlanır. Sanki "Sarı gəlin" Hrant Dinkin
möhürünə çevrilib. Tutaq ki, ermənilər
küçələrə axışanda "Sarı gəlin"i
oxudular. İstanbulun bəzi üzdəniraq sakinləri də
onlara qoşuldu. Bəs telekanallara nə düşüb ki, “Sarı
gəlin”i erməni ağısına çevirir?
Dünən bu
məsələ ilə əlaqədar bir neçə qurumun
cavabını almağa cəhd etdik.
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva
bildirdi ki, analoji hallarla bağlı nazirlik müvafiq qurumlara
etiraz məktubları göndərir. Bu sırada "Novaya
Volna", "Evrovizion" da var. Etirazların nəticəsi
olaraq konstruktiv qərarların qəbul edilməsinə nail
olunur:
- Biz əlimizdə olan
hər bir imkandan istifadə etməyə
çalışırıq. Məncə, belə
məsələlərdə bütün musiqi ictimaiyyəti,
ümumilikdə cəmiyyət aktiv olmalı, etirazlara qoşulmalıdır.
Dünya görməlidir ki, təkcə rəsmi orqanlardan
deyil, cəmiyyətdən, xalqdan da təpki var. Mən
təklif edərdim ki, imkanı olan hər kəs
"Evrovizion" rəhbərliyinə etiraz göndərsin.
Bu, çətin məsələ deyil. Hərə internet
vasitəsilə bir cümlə yazsa, onlar Azərbaycan xalqının
ümumi etirazını görəcəklər. Qaldı ki
Türkiyənin özəl kanallarında "Sarı
gəlin" mahnısının lazım olmayan məqamda
səsləndirilməsinə, açığı bu
mənim üçün də müəmmalıdır.
Məncə, bu məsələ Milli Teleradio Şurası
ilə Türkiyə Radio Televiziya Üst Kurulu arasında
həll edilməlidir.
Məsələyə
Türkiyənin TRT kanalının Bakı
təmsilçiliyinin münasibəti də sərt oldu. "Şərq"in
sorğusuna cavab olaraq "Nədən bunu yapırlar, deyə
bilmərəm" söyləyən təmsilçiliyin
rəhbəri Muhsin Yıldırım qeyd etdi ki, özəl
kanalların fəaliyyətindən sorumlu olmasalar da, bu
məsələni TRTÜK qarşısında
şəxsən qaldıracaq və alınan cavabı bizə
bildirəcək.
Müəllif Hüquqları
Agentliyinin sektor müdiri Anar Hüseynov erməni qızının ifasında
olan "Sarı gəlin"in üzərində
hazırda araşdırma
aparıldığını söylədi:
- Biz həmin videoyazını əldə
etmişik. Hazırda bu məsələ
üzərində hüquqşünaslarımız
işləyir. Hüquqşünaslar işini tamamladıqdan sonra mahnını ekspert qrupuna təqdim edəcəyik. Ekspertlər rəy bildirdikdən
sonra həmin rəyə uyğun olaraq "Evrovizion"a hansı formada etiraz məktubu göndərilməsi
müəyyən ediləcək.
- Artıq bəzi rəylər var. Həmin mahnıda təkcə Azərbaycan yox, eyni zamanda
türk və fars motivləri də səslənir.
"Evrovizion"un şərtlərinə görə,
səslənən mahnı
yeni olmalıdır. Folklor-mahnısının
yeni aranjimanda təqdim edilməsi də qəbul olunmur. Bizim ekspertlər sübut etməlidir ki, mahnının əsas motivi Azərbaycan xalq mahnısı, folklor nümunəsidir. Sadəcə,
üzərində işlənilib.
Bu təsdiqlənsə,
mahnı oğurluq elan ediləcək. Məsələn, bəstəkar
Cavanşir Quliyev artıq rəy bildirib ki, "Sarı gəlin"də muğamın elə şöbələrindən istifadə
edilib ki, onlar yalnız Azərbaycan xalqına məxsusdur. indi biz ekspertlərin ümumi rəyini göziəyirik. Türkiyənin özəl telekanallarının
"Sarı gəlin"i Hrant Dinklə
bağlı reportajlarda
səsləndirməsinə gəlincə, A.İsmayılov
bunu təkcə Azərbaycan yox, ümumilikdə türk xalqına hörmətsiz hesab etdiyini vurğuladı. "İstəməzdim
deyim ki, telekanallar bunu bilərəkdən edir.
Görünür, burada
diqqətsizlik var. Hər halda biz bu məsələ
ilə əlaqədar
öz etirazımızı
bildirəcəyik".
Ümumilikdə
Azərbaycan xalq mahnılarının anonim adı altında
səsləndirilməsi məsələsinə son qoyulması
isə hələ də həll edilməmiş qalır. Buna
səbəb folklorla bağlı beynəlxalq konvensiyanın
qəbul edilməməsidir. Ermənilər də, xalq
mahnılarımızı anonim adı altında səsləndirənlər
də məhz beynəlxalq alətin əldə olmamasından
bəhrələnirlər.
Şərq.- 2008.- 24 yanvar.- S. 12.