Real

 

Muğam Müsabiqəsinin finalçısı İranda həbs olundu

 

Nasir Ətapurun İranda Azərbaycan muğamının təbliğilə məşğul olmasına, Təbrizdə keçirilən musiqi tədbirlərində iştirakına qadağa qoyulub

Sadiq İsabəyli: "Azərbaycanda keçirilən muğam müsabiqəsi Güney Azərbaycanda da böyük maraqla izlənilirdi"
Azərbaycanda keçirilən İkinci Televiziya Muğam Müsabiqəsində üçüncü yeri tutan Nasir Ətapur İranda həbs olunub. APA-nın məlumatına görə, yanvarın 17-də Bakıdan Tehrana qayıdan soydaşımızı İmam Xomeyni adına Hava Limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tutub. Bir gün aeroportdakı təcridxanada saxlanılan Nasir Ətapur saatlarla sorğu-suala tutulub və ondan izahat alınıb. İzahatda onun İranda Azərbaycan muğamının təbliğilə məşğul olmasına, əsasən də Təbrizdə keçirilən musiqi tədbirlərində iştirakına qadağa qoyulub. Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsüylə Bakı şəhərində keçirilən İkinci Televiziya Muğam Müsabiqəsində üçüncü yer tutan Nasir Ətapur Təbrizdə doğulub və ailəsilə birlikdə orada yaşayır. Onun müəllimi isə Güney Azərbaycanın tanınmış musiqiçisi Həsən Hərgülü olub.

 

Xalq cəbhəsi.- 2008.- 22-23 yanvar.- S. 13.