Qadir
T.
Mədəniyyət
və Turizm Nazirliyi hesabat verdi
Əbülfəs Qarayev: Jurnalistlərin
fəaliyyəti ictimaiyyətin
mədəniyyət və
turizmə marağını
artırıb
Mədəniyyət və Turizm
Nazirliyinin yaranmasının
iki ili tamam
olur. Bu münasibətlə nazirlik
dünən “Park İnn” otelində iki ilik hesabat
tədbiri keçirib.
Nazir Əbülfəs Qarayev ötən iki il ərzində daha çox ictimaiyyətin informasiya daşıyıcısı vəzifəsini
yerinə yetirən
mətbu orqanlar ilə əlaqələrini
möhkəmləndirilməsinə çalışıldığını önə çəkdi.
“Əgər yazılı
və elektron KİV-lər fəaliyyətimizi
izləyib işıqlandırmasaydılar,
apardığımız istiqaməti
dəstəkləməsəydilər ictimaiyyətin diqqət mərkəzində ola bilməzdik. Jurnalistlərin
mədəniyyət sahəsinə
olan ədalətli, bəzən də tənqidi baxışları
ictimaiyyətin bu sahəyə olan marağını daha da artırıb”.
Ə.Qarayev nazirliyin ötən müddət ərzində prioritetlərin
həyata keçirilməsi
istiqamətində iş
apardığını diqqətə
çatdırdı: “Fəaliyyətimizi
işıqlandıran jurnalistlərin
qaldırdıqları problemlərin
həllinə çalışmışıq.
Nə qədər nail olduğumuz göz önündədir
və problemlərin həllində vəhdət
təşkil etməyimiz
ümumi işin xeyrinə olub deyə bilərik. Azərbaycanın vahid mədəniyyət
siyasətinin formalaşdırılması
ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən
dövrdə apardığımız
hər bir işdə dövlətimizin
dəstəyini hiss etmişik. Ölkə başçısının imzaladığı
sərəncamlar sırasında
mədəniyyət sahəsinin xüsusi
yerə malik olması bizləri daha əzmlə çalışmağa sövq
edir. Ölkə başçısının iki
il ərzində mədəniyyətin bütün
sahələrini özündə
birləşdirən tövsiyə
və sərəncamları
bizləri ruhlandırmaqla
yanaşı məsuliyyətimizi
artırır. Ortaya
qoyduğumuz işin nəticəsi ilə bağlı dəyərləndirməni
isə ictiamiyyət özü verməlidir. Mədəniyyət sözü
geniş ospektli anlamı özündə
ehtiva edir. Mədəniyyət təkcə
bu adı daşıyan nazirliyin hududları ilə məhdudlanmır. Keçən
zaman müddətində
demokratik prinsiplərin
tələblərinə uyğun
olaraq məsuliyyəti
nazirliyin tabeçiliyində
olan mədəniyyət
müəssisə və
mərkəzlərinin öhdəsinə
buraxmışıq. Muzey
işinin inkişafı,
turizm sahəsinin genişləndirilməsi və
tarixi mədəniyyət
abidələrinin qorunub
saxlanılması istiqamətində
işlər görməyə
çalışmışıq. Mədəniyyət sahəsində
çalışan insanların
maddi problemlərinin həllinə də çalışırıq. Onların
yüksək maaşla
təmin olunmasında
biz də maraqlıyıq. Bu sahədə çalışan
insanların yeni mühitə uyğunlaşdırılması
və müasir texnologiyalardan yararlanması
yönündə kadr
dəyişikliyi etmədən
fəaliyyət qurulub.
Fəaliyyətimiz çərçivəsində
isə daha çox gənclərə
diqqət ayırmağa
üstünlük veririk”.
Göstərilən önəm sayəsində yeni istedadların meydana çıxdığını bildirən nazir bu kontekstdə adət-ənənələrimizin
də diqqətdən
kənarda qalmadığını
bildirdi. Onun sözlərinə görə,
nazirlik hər zaman milli-mənəvi
dəyərləri qoruyaraq,
müasirliyə doğru
addımlamağa üstünlük
verib: “Azərbaycanın
imicini ölkəmizdən
kənarda da qorumağa çalışmışıq.
Artıq bu günlərdə İngiltərənin
SNN telekanalında Azərbaycan
turizminin inkişafı
ilə bağlı reklam çarxları nümayiş etdiriləcək.
İş prinsipimizdə
üstünlük verdiyimiz
məqamlardan biri də Azərbaycanı beynəlxalq tədbirlərin
mərkəzinə çevirməkdir.
Fəxr olunası haldır ki, klassik musiqi nümunələrimiz və
muğamlarımız dünyanın
bir çox ölkələrində sevilir”.
Ötən ildə ən böyük uğurun Qobustan dövlət qoruğunun YUNESCO-nun “Dünya İrsi” siyahısına düşməsi olduğunu
söyləyən Ə.Qarayev qurumun böyük xalça ustası Lətif Kərimovun 100 illiyi ilə bağlı tədbirlər keçirdiyini
də önə çəkdi. Nazir bu il
ərzində isə
“Leyli və Məcnun” operasının
və Mircəlal Paşayevin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcəyini diqqətə
çatdırdı.
Turizmin inkişafı istiqamətində
son iki ildə
müsbət addımlar
atıldığını vurğulayan Ə.Qarayev bu dövr
ərzində 60-a yaxın
mehmanxananın tikilib istifadəyə verildiyini önə çəkdi. Hər il ölkəyə gələn turistlərin sayının 11 faiz artdığını söyləyən
nazir Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə yaradılan Turizm İnstitutunun ötən il TQDK-nın reytinqinin nəticəsinə əsasən
tələbə axını
üzrə 3-cü yeri
tutduğunu dedi:
“Digər tərəfdən
fevral ayının 5-də dahi bəstəkar
Qara Qarayevin 90 illiyi ilə əlaqədar Dövlət
Filarmoniyasında tədbir
keçirilməsi nəzərdə
tutulub. Bəstəkarın
yubileyi Qırğızıstanın
paytaxtı Bişkek şəhərində də
qeyd olunacaq. Bu il Qara
Qarayevin əsərlərindən
ibarət disklərin hazırlanması da nəzərdə tutulur”.
Hazırda təmirdə olan Heydər Əliyev adına Sarayda işlərlə bağlı
məlumat verən Ə.Qarayev sarayın tikintisinin iyun ayının sonlarına kimi yekunlaşacağını bildirib:
“Yenidənqurma işləri
yekunlaşdıqdan sonra
sarayda dünya standartlarına cavab verəcək avadanlıqların
quraşdırılmasına başlanılacaq. Sarayda müxtəlif istiqamətdə
yaradıcılıq tədbirlərinin
keçirilməsi nəzərdə
tutulduğundan akustikanın
gücünə daha çox önəm veriləcək”.
Nazir bərpa olunan teatrlarda da texniki
avadanlıqların yenilənəcəyini
deyib. Şəhriyar Mədəniyyət Mərkəzində
yerləşən teatrlar
isə elə həmin binada fəaliyyətlərini davam
etdirə biləcəklər.
Mart ayının 27-də Berlin Dövlət Filarmoniyasında
Azərbaycan mədəniyyət
günlərinin açılışı
olacağını bildirən
Ə.Qarayev tədbirin Almaniyanın bütün vilayətlərində
həyata keçiriləcəyini
önə sürüb:
“Bu il Rusiyanın
bir neçə vilayətində də Azərbaycan mədəniyyət
günləri keçiriləcək.
Bundan başqa, Türkiyə və İranda da bu xarakterli
tədbirlərin keçirilməsi
istiqamətində danışıqlar
aparılır. Ən
böyük fəaliyyət
istiqaməti isə
2009-cu ilə nəzərdə
tutulub. Çünki
2009-cu ildə Azərbaycan
İslam Ölkələrinin
paytaxtı elan olunub”.
Qeyd edək ki, tədbirdə, həmçinin, Mədəniyyət
və Turizm Nazirliyi “Mədəniyyət”
qəzeti ilə birlikdə ötən il ərzində mədəniyyət sahəsinə
daha çox yer ayıran qəzet jurnalistlərini və televiziyada yayımlanan verilişlərin
rəhbərlikləri mükafatlandırılıb.
Yeni
Azərbaycan.- 2008.- 31 yanvar.- S. 8.