Ölkəmizdə
səfərdə olan Gürcüstan Prezidentinin xanımı
Sandra Elizabet Rulofs yanvarın 14-də Bakı Caz
Mərkəzində olmuşdur.
Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad
Bədəlbəyli Azərbaycan caz musiqisinin tarixi, bu
günü, Bakıda keçirilən caz festivalları
haqqında ətraflı məlumat vermişdir.
Süfrə arxasında davam etdirilən söhbət
zamanı xalqlarımızın mədəni
əlaqələrindən söz
açılmışdır.
Qonaqlar üçün təşkil edilmiş konsert
proqramında xalq artistləri Fərhad Bədəlbəyli
və Rasim Abdullayev Şuşa kompozisiyasını, Bakı
Musiqi Akademiyasının tələbələri Azərbaycan
və Avropa klassik bəstəkarlarının musiqilərini
ifa etmişlər.
Sonra səhnəyə Azərbaycan caz musiqiçilərinin
çağdaş nəslinə aid olan Şahin
Növrəsli və Emil İbrahim çıxmışlar.
Azərbaycan cazmenlərinin ifası qonaqlarda xoş
təəssürat yaratmışdır. Cazmenlərimizin
"Suliko" mahnısının yeni aranjimanda ifası
Gürcüstan nümayəndə heyəti üçün
əsl sürpriz olmuşdur.
Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs
royalda kiçik musiqi parçası ifa etmişdir.
Sonda qonağa xatirə hədiyyələri
təqdim olunmuşdur.
Azərbaycan.- 2008.- 15 yanvar.- S. 3.