Sevda Ələkbərzadə
liderlər sırasında
Müğənninin mahnısı
Vaşinqtonda 7-ci olub
Müğənni Sevda
Ələkbərzadənin ifa etdiyi "Gül
açdı" mahnısı Vaşinqton
radiostansiyasının - KAOS-FM-in hit-paradında 7-ci yeri tutub.
Müğənninin "Kaspi"yə verdiyi məlumata
görə, bu barədə informasiya onun diqqətinə radio
təmsilçilərindən çatdırılıb.
Xatırladaq ki, radiostansiya ilə
əməkdaşlığını ötən ildən
davam etdirən S.Ələkbərzadə bunun
genişləndirilməsi istiqamətində çalışdığını
söylədi. Müğənni əlavə etdi ki, yaxın
günlərdə Avropanın "World Music Magazine"
yurnalında müsahibəsi dərc ediləcək:
"Fəxrlə qeyd edə bilərəm ki, ilk
azərbaycanlı müğənnisi olaraq bu yurnala müsahibə
vermişəm".
Söhbət zamanı
öyrəndik ki, müğənninin yaxın aylarda Avropa
standartlarına uyğun olan növbəti diski işıq
üzü görəcək. Yaradıcılıq məhsulu
üzərində ciddi çalışdığını
deyən S.Ələkbərzadə diskin
əvvəlkilərdən bir çox xüsusiyyəti ilə
fərqlənəcəyini diqqətə çatdırdı.
Klip çəkilişləri barədə isə
müğənni hələ düşünmür. O,
yaradıcılıq fəaliyyəti üçün bunu bir
o qədər də əhəmiyyətli iş hesab etmir.
Kaspi.- 2008.- 30 yanvar.- S. 17.