Yusifova S.

 

Azərbaycanlı ifaçılar Alaturka yarışmasında

 

Bir çox ölkələrdə istedadlı gəncləri geniş kütlələrə tanıtmaq üçün televiziya kanallarında mahnı yarışmaları təşkil olunur. Türkiyə telekanallarının da bir çoxunda bu cür yarışmalar tez-tez yayımlanır. Bu yaxınlarda bele yarışmalardan biri, "Star" telekanalında keçirilən "Alaturka" pop-star yarışması yenidən start götürüb. Budəfəki yarışmanın əvvəlkilərdən fərqi ondadır ki, müsabiqəyə iki azərbaycanlı ifaçı da qatılıb. Onlar "Azəri star" müsabiqəsinin iştirakçıları Aygün Şükürova Ülviyyə Tağıyevadır. Həmyerlilərimizin müsabiqədə iştirakına "Azəri star" layihəsinin rəhbəri Kemal Cenk İçtenin böyük köməyi olub. Yarışma barədə məlumat verən Kemal Cenk İçtenin sözlərinə görə, Türkiyənin "Star" telekanalı ilə yayımlanan "Alaturka" pop-star yarışmasına 73 mindən artıq gənc müraciət edib. Layihənin təşkilatçıları ilə danışıqlar aparan Cenk İçten ilk dəfə olaraq başqa dövlətin nümayəndəsinin yarışmaya qatılmasına nail olub. C.İçtenin sözlərinə görə, əvvəl ancaq bir nəfərin yarışmada iştirakına razılıq verilib, müzakirələrdən sonra isə iki nəfərin qatılmasına icazə verilib. Aygün Şükürova Ülviyyə Tağıyeva ilə yanaşı "Azəri star" yarışmasının iştirakçısı Aynur İsgəndərova da müsabiqəyə qatılıb, lakin o, finala keçə bilməyib. Xatırladaq ki, Aynur İsgəndərova "Eurovision"a qatılmaq üçün fevralın 2- keçiriləcək müsabiqəyə hazırlaşır. Digər iki ifaçı isə finala vəsiqə qazanıb yanvarın 20- keçirilən ilk yarışmada iştirak edib. İlk dəfədir ki, Azərbaycanda keçirilən müsabiqələrdə iştirak etmiş gənclər digər ölkələrdəki yarışmalara qatılıb iştirak hüququna yiyələnib. Qaydalara əsasən hər həftə bir nəfər iştirakçı müsabiqəni tərk etməlidir. Ancaq keçən həftə heç kim yarışmanı tərk etməyib. Ümid edirik ki, Aygün Şükürova Ülviyyə Tağıyeva Azərbaycanı eləcədə öz sənətlərini çalışdıqları qədər layiqincə təmsil edəcək. Hazırda qızların hər ikisi digər yarışmaçılarla birlikdə oteldə qalırlar.
   Onu da qeyd edək ki, müsabiqənin ilk günündə lirik mahnı ilə səhnəyə çıxan ifaçılarımız münsiflərin sualına cavab olaraq Azərbaycanda 20 yanvar tarixində ölkəmizdə baş vermiş qanlı hadisələr haqqında da məlumat veriblər. Münsiflər heyəti tərəfindən bir sıra iradlar səslənsə , ümumilikdə hər kəs azərbaycanlı ifaçıların səsindən, səhnə mədəniyyətindən razılıq edib.
   Bir müddət əvvəl "Alaturka" pop-star yarışmasının münsiflər heyətində təmsil olunan türk sənətçisi Bülənt Ersoyun Azərbaycanın ünvanına təhqirlər səsləndirdiyi, hətta "Sarı gəlin" mahnısının ermənilərə xas olduğunu söylədiyi barə məlumatlar yayıldı. Canlı yayımlanan yarışmada Bülənt Ersoy deyilənlərə yenidən aydınlıq gətirib söylədiyi fikirlərin təhrif olunduğunu, Azərbaycanı çox sevdiyini, hətta vaxtilə ölkəmizin "Şöhrət" ordeninə layiq görüldüyünü tamaşaçıların diqqətinə çatdırıb.

 

525-ci qəzet.- 2007.- 24 yanvar.- S. 7.