Avroviziya 2008- oxuyacaq erməni Azərbaycan mahnılarının mahir ifaçısıdır

 

Ermənistanın İctimai Televiziyası bu ölkəni "Avroviziya-2008" mahnı müsabiqəsində təmsil edəcək müğənnini seçib. Bu, 21 yaşlı Siruşodur. Siruşo 1987-ci il yanvarın 7- Yerevan şəhərində doğulub. İlk dəfə səhnəyə 7 yaşında Kanadada çıxıb. 9 yaşında ilk mükafatını alıb. Sonralar başqa mükafatlar da qazanıb. Sayat Nova adına məktəbdə piano kursunda təhsil alıb. İlk albomu 1999-cu, ikinci albomu 2005-ci ildə çıxıb. İndiyədək Kanada, Belçika, ABŞ, Yunanıstan, Polşa, Gürcüstan, İran, Rusiya, Suriya, İordaniya s. ölkələrdə konsertlər verib.
   Siruşonu məşhurlaşdıran mahnılardan birini - "Şorora" ermənilər ənənəvi ozan aşıq musiqisi kimi təqdim edirlər. Təbii ki, onlar hətta bu cür təqdimatda da özləri üçün bir təhlükə görmürlər, çünki ozan aşıq musiqisinin erməniyə məxsus olduğunu iddia edirlər. "Şorora" bəstəsi Üzeyir Hacıbəyova məxsus olan "Qaragilə", "Dilbərim" kimi məşhur Azərbaycan mahnılarının qarışığından, həmçinin "Sarı gəlin" Azərbaycan xalq mahnısının motivlərindən ibarətdir.
   Siruşonun "Avroviziya-2008" oxuyacağı hələ bəlli deyil. "Day.az" saytı isə bunun "Şorora" ola biləcəyini ehtimal edir. Həmin mahnı "YouTube" portalında yerləşdirilib.
   Azərbaycan bu il ilk dəfə olaraq "Avroviziya" mahnı müsabiqəsinə qatılacaq. Azərbaycanı "Avroviziya-2008" təmsil edəcək müğənni fevralın 2- Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək konsertdə münsiflərin qərarı ilə seçiləcək. Müsabiqəni İTV həyata keçirir. "Turan" agentliyi xəbər verir ki, 40 iştirakçıdan artıq 3 nəfər müəyyən edilib. Bu, "Unformal" rok-qrupu, "Azəristar" layihəsinin diplomantı Aynur İsgəndərli "Sing your Song" müsabiqəsinin qalibi Elnur Hüseynovdur. Hazırda müsabiqədə iştiraka iddia edən müğənnilər Ukraynadadırlar, orada "Luxen LTD" şirkəti onların hazırlığı, imici ilə məşğul olur, məşqlər mahnı seçimi həyata keçirilir. "Avroviziya-2008" müsabiqəsi mayın 20-24- Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək ("Mediaforum").

 

525-ci qəzet.- 2007.- 23 yanvar.- S. 1; 3.