"Eurovision-2008"-i kimə etibar edəcəyik?
Müsabiqədə
Azərbaycanı təmsil edəcək namizədlərin
dosyesi
Fevralın 2-də
"Eurovision-2008" müsabiqəsində Azərbaycanın
təmsilçisi müəyyənləşəcək.
Yarışmada Azərbaycanı təmsil etmək uğrunda
"Unformal" rok qrupu, müğənni Aynur
İsgəndərli və Elnur Hüseynov mübarizə
aparır. APA bu namizədlərin dosyesini təqdim edir.
"Unformal" rok qrupu -
iki qız (Delya - vokal, Fəridə - bas) və üç
oğlandan (Luper və Rüstəm - gitara
ifaçısı, Yevgeni- bayan) ibarət qrup 2001-ci ilin oktyabrında
B.İ.C. Prodüser Mərkəzi tərəfindən
təşkil olunan "Azerbaiæan Rock Award Competition"
mükafatının təqdimetmə mərasimində ilin
ən yaxşı qrupu elan edilərək "Qızıl
Aypara" mükafatına layiq görülüb. Həmin
tədbirdə qrup debütünü elan edib. "Unformal"
qrupu 2003-cü ildə Gürcüstanda keçirilən
festivalda iştirak edib və daha sonra Azərbaycanda qastrollara
başlayıb. Həmin il Heydər Əliyev adına Sarayda
konsert verən qrup 2004-2005-ci illərdə 11 festivalda
iştirak edib. 2006-cı ilin oktyabrında tərkibi yenilənən
"Unformal" solo-konsert verib. Qrupun Hard rokdan alternativ
musiqiyə keçidi isə səs-küyə səbəb
olub. İlk "Sui-qəsd" konserti ilə
çıxışı ukraynalı məşhur prodüser
Vitaliy Klimov tərəfindən yüksək
qiymətləndirilib, prodüser qrupla müqavilə
imzalayıb. Qrup Serb musiqiçisi, "Ocean Elzi" qrupunun
pianoçusu Miloş Yeliçin rəhbərlik etdiyi Kiyevin
Filarmonik Orkestri ilə "Sonsuz Yol" yeni sinqlini
yazdırıb. Həmin mahnı "Unformal" qrupunun
"Sirat Körpüsü" filmi (direktor Samir Kərim
oğlu) üçün yazdığı soundtrekin bir
parçası hesab olunur. Hazırda "Unformal" qrupu
səs reæissoru Vitali Telezinin iştirakı ilə Kiyevdə
Ukrayna səsyazma studiyasında ilk albomunu yazdırır.
2007-ci ilin martında qrup "Sonsuz Yol" (direktor Samir
Kərim oğlu) mahnısı üçün klip
çəkdirib. Mahnı 2007-ci ilin avqustunda Ukraynanın M1
televiziya kanalının "Top onluğ"unda üst
sıralarda yer tutub.
Aynur İsgəndərli - 1987-ci il avqustun 20-də Bakıda
musiqiçi ailəsində anadan olub. 1994-2005-ci illərdə
5 saylı ümumtəhsil məktəbində və 16
saylı 5 illik musiqi məktəbində fortepiano sinfində
təhsil alıb. 7 yaşında "Hər birimiz bir
çiçək" televiziya verilişinin solisti olub.
Məktəb yaşlarından "Şərq
ulduzları" Uşaq Vokal Ansamblının tərkibində
konsertlərlə çıxış edib. 2004-cü ildə
"Azəristar" tele-layihəsində iştirak edib və
həmin müsabiqədə III yeri qazanıb. 2005-ci ildə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin estrada-vokal oxuma
fakültəsinə daxil olub. Həmin il VIII Beynəlxalq Asiya
Festivalında iştirak edərək "Gələcəyin
ən perspektivli müğənnisi" nominasiyasını
qazanıb. Hazırda 3-cü kurs tələbəsidir, Vaqif
Gərayzadənin rəhbərlik etdiyi "Aypara" qrupunun
solistidir.
Elnur Hüseynov - 1987-ci il martın 3-də
Türkmənistanın Aşqabad şəhərində
hərbiçi ailəsində anadan olub. Anası musiqi nəzəriyyəçisi
olan E.Hüseynov fortepiano sinfində təhsil alıb. 1999-cu
ildə Bakıya gəlib, 2000-ci ildə Tibb Texnikumunda diş
texniki fakültəsinə, 2001-ci ildə isə Asəf
Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Bir
müddət Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında işləyib. 2003-cü ildə
"Sing your Song" tele-layihəsində
"Qran-Pri" mükafatına
layiq görülüb.
2004-cü ildə məktəbi bitirdikdən
sonra stilist-bərbər
peşəsini öyrənib.
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında
kapella hazırlayıb.
Kilsə
xorunda da çalışan E.Hüseynov
Sevda Məmmədovadan
və Fidan Hacıyevadan sonra indi də Rəşad
Həşimovdan dərs
alır.
Ekspress.- 2008.- 24 yanvar.- S. 13.