"Evrovision-2008"- istirakımız rəsmiləşdi

 

Bu barədə məlumat müsabiqənin saytında yerləşdirilib

 

"Evrovision-2008" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin sırasında Azərbaycanın da adı var. APA-nın məlumatına görə, bu siyahı "Evrovision"un saytında yerləşdirilib. Məlumatda bildirilir ki, 53-cü dəfə keçiriləcək mahnı müsabiqəsinə bu il rekord sayda iştirakçı müraciət edib. Mayın 20-də və 24-də Belqradda keçiriləcək müsabiqədə Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Belarus, Belçika, Bosnya-Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İsrail, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya təmsil olunacaq. İki ölkə - Azərbaycan və San-Marino müsabiqəyə ilk dəfə qatılacaq. Qeyd edək ki, Azərbaycanı təmsil etmək üçün 5 sənətçi arasında seçim hələ də davam edir. Bunlar "Sing you song" müsabiqəsinin qalibi Elnur, "Azəri star" yarışmasının iştirakçısı Aynur İskəndərova, Erkin Osmanlı, "Akademiya" musiqi yarışmasının iştirakçısı Aytac Cəfərova və "Unformal" rok qrupudur. Adları sadalanan sənətçilərdən biri Azərbaycanı "Eurovision-2008" müsabiqəsində təmsil edəcək.

 

Ekspress.- 2008.- 12-14 yanvar.- S. 24.