Məhərrəmova T.

 

2 ilin hesabatı Əbülfəs Qarayev görülmüş və görüləcək işlərdən danışdı

 

Dünən mədəniyyət turizm naziri Əbülfəs Qarayev "Park Inn Otel" rəhbərlik etdiyi qurumun yaranmasının iki illiyi münasibəti ilə mətbuat konfransı keçirdi. "Mədəniyyət Turizm Nazirliyi 2 ildir ki, fəaliyyət göstərir bu müddətdə bir çox nailiyyətlərə imza atmışıq. Nazirliyimizin gördüyü bütün işlər kütləvi informasiya vasitələri tərəfindən ictimaiyyətə çox yüksək səviyyədə çatdırılıb. Sizin dəstəyiniz olmasaydı, gördüyümüz işlər ictimaiyyətin diqqətinə çatmayacaqdı"- deyən nazir mətbuat işçilərinin əməyini yüksək qiymətləndirərək tədbiri "Mədəniyyət" qəzetinin yeni layihəsi əsasında keçirilən müsabiqənin nəticələrini elan etməklə başladı. Qaliblər arasında "525- ci qəzet", "Yaddaş" qəzetləri, "Srase" kanalının "Mədəniyyət saatı", İTV-nin, "Azadlıq" radiosunun Az.TV-nin adları hallandı.

Ümumilikdə rəhbərlik etdiyi nazirliyin işini müsbət qiymətləndirən nazir 2 il ərzində ölkə prezidenti tərəfindən mədəniyyət turizm sahəsinə aid 50-ə yaxın fərman sərəncamın verilməsini bunun da nəticəsində bir çox yeniliklərin artıq həyata keçirildiyini bildirdi: "Mədəniyyət sahəsindəki inkişaf ümummilli liderimiz Heydər Əliyevin xüsusi diqqəti sayəsində baş tutub, bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Artıq mədəniyyət sahəsində çalışan 70 min insanın əmək haqları qaldırılaraq, təhsil səhiyyə sahəsində çalışanların əmək haqları ilə bərabərləşdirilib". Mədəniyyət sahəsində aparılan yeniliklərdən söhbət açan nazir kitabxana sisteminin təkmilləşdirilməsi, muzey işinin təşkili, tarixi abidələrimizin bərpası qorunması, yeni turizm proqramlarının hazırlanması işlərinin artıq həyata keçirildiyini vurğuladı. Hələ görüləcək işlərin 50 faizinin həll edilmədiyini bildirən nazir bunun üçün nazirliyin əməkdaşlarının dayanmadan çalışdıqlarını söylədi.

Mədəniyyət ocaqlarının əvvəllər yalnız dövlət büdcəsindən maliyyələşdirildiyini heç bir kənar vəsaiti özününküləşdirə bilmədiyini söyləyən Ə.Qarayev ötən il parlamentdəki müzakirələrdən sonra bu qadağanın aradan qaldırıldığını bildirdi. Kitabxanalarda, mədəniyyət ocaqlarında yeniləşmənin sürətlə getdiyini həmin yerlərin yeni texniki vasitələrlə təmin olunduğunu bildirən mədəniyyət turizm naziri yeni tipli texniki vasitələrdən istifadə etmək üçün bu sahədə çalışanlar üçün xüsusi kursların təşkil olunduğunu bildirdi: "Ötən il istedadlı insanları üzə çıxarmaq üçün müxtəlif layihələr, müsabiqələr həyata keçirilib, gənc istedadlara diqqət çoxalıb".

Dünyada Azərbaycanın mədəni imicinin formalaşdığını bildirən Ə.Qarayev bir çox beynəlxalq tədbirlərdə ölkəmizin yüksək səviyyədə təmsil olunduğunu da bildirdi: "2009-cu il üçün Azərbaycan islam mədəniyyəti ölkələrinin paytaxtı seçilib, artıq bunun üçün keçiriləcək tədbirlər üçün hazırlıq işləri başlayıb. Ölkəmiz həm MDB, həm GUAM, həm islam ölkələrinin mədəniyyət tədbirlərində uğurla təmsil olunur. Azərbaycanın bu il Almaniyada, Rusiyada, Ukraynada mədəniyyət günlərinin keçirilməsi, həmçinin Səudiyyə Ərəbistanının Türkmənistanın da Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi gözlənilir".

Son 2 ildə teatr binalarında, muzeylərdə aparılan bərpa işlərindən danışan nazir 70-ə qədər tamaşanın yenidən səhnəyə qaytarıldığını bildirdi.

Ə.Qarayev mədəniyyət sahəsində çalışanların təqaüdlərinin qaldırıldığını da söylədi.

Bir neçə ay əvvəl Mədəniyyət Turizm Nazirliyinin saytının fəaliyyətə başladığını söyləyən Ə.Qarayev saytın gələcəkdə daha da dolğun formada işləyəcəyini diqqətə çatdırdı.

Son iki ildə Azərbaycanda 60-a qədər yeni mehmanxana yeni yaşayış obyektinin tikildiyini bildirən nazir hər il ölkəmizə 1 milyon turistin gəldiyini vurğuladı. "Hər il ölkəmizə gələn turistlərin sayı 11 faiz artır. Bu təkcə bizim səyimizlə baş vermir. Ölkəmizdə baş verən iqtisadi quruculuq işləri ölkəmizin beynəlxalq aləmdə tanınmağımız bu inkişafa təkan verən amillərdir". Turizm İnstitutunun yaranmasını böyük nailiyyət kimi qiymətləndirən Ə.Qarayev bildirdi ki, TQDK-nın sorğularına əsasən abituriyentlərin bu təhsil ocağına marağı böyükdür. Nazir bunu bu sahəyə göstərilən diqqət qayğının göstəricisi kimi dəyərləndirdi.

Ə.Qarayev bu il baş verəcək mədəniyyət hadisələri ilə bağlı yurnalistlərin suallarını cavablandıraraq fevralın 5- prezident sərəncamına əsasən görkəmli bəstəkar Qara Qarayevin yubileyinin dövlət səviyyəsində keçiriləcəyini bildirdi. O, həmçinin il ərzində müxtəlif ölkələrdə bu münasibətlə gənc bəstəkarların festivalının keçiriləcəyini bildirərək bütün bunların Azərbaycan musiqisinin dünyada tanınması üçün gözəl imkan olduğunu bildirdi.

Nazir Heydər Əliyev adına Sarayın təmiri ilə bağlı məsələyə toxunaraq iyun ayında tikinti işlərinin başa çatacağını, burada Fransadan, İngiltərədən gətirilən müasir avadanlıqların quraşdırılacağını bildirdi: "Sarayda ən müasir kino səsgücləndirici avadanlıq qurulacaq ki, burada dünyanın ən tanınmış müğənniləri teatr kollektivləri çıxış edə bilsin. Artıq Almaniya Türkiyə mütəxəssisləri sarayın akustikası üzərində işləyir". Nazir Şəhriyar adına Mədəniyyət Mərkəzinin təmiri ilə əlaqədar sualları cavablandırıraraq mərkəzin xüsusi ənənələrə malik sənət ocağı olduğunu vurğuladı: "Bu mədəniyyət mərkəzi öz əvvəlki statusunu itirməyəcək. Burada yerləşən iki teatr kollektivi bina ilə təmin olunacaq". Nazir həmçinin prezident sərəncamı ilə Milli Parkın yenidənqurulması işləri ilə əlaqədar oradan köçürülməli olan Uşaq Teatrının da yerlə təmin olunacağını bildirdi.

 

Kaspi.- 2007.- 31 yanvar.- S. 16.