Zümrüd
Siruşonun “Sarı gəlin”
oxumasını “Avroviziya” təsdiqləməyib
"Avroviziya-2008" müsabiqəsində Ermənistanın təmsilçisi Siruşoya qarşı hələ heç bir tədbir görülməyəcək. Siruşonun müsabiqədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i oxuyacağı deyilsə də, əslində, "Avroviziya" bunu təsdiqləməyib. Buna görə də, hansısa addım atmağa ehtiyac yoxdur. Bu barədə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov məlumat verib.
O, bildirib ki, hazırda ictimaiyyətin bu xəbəri narazılıqla qarşılaması başa düşüləndir, amma "Müsabiqədə erməni müğənnisinin "Sarı gəlin"i oxuyacağı təsdiq olunmayıb. Yəni bu, rəsmi olmadığı üçün nəsə etmək mümkün deyil. Amma ictimaiyyətin, əsasən də, KİV-in hadisəni izləməsi və yaymasına ehtiyac var. Bu xəbər rəsmi olsa, Təşkilat Komitəsi bununla məşğul olacaq".
Qeyd edim ki, "Avroviziya-2008" mahnı müsabiqəsində iştirak edəcək azərbaycanlı ifaçını seçəcək münsiflər heyətinin siyahısı artıq elan edilib:
İsmayıl Ömərov - İctimai Televıziya və Radiosunun baş direktoru, Nərgiz Paşayeva - Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, "Üns" Yaradıcılıq Teatrının dlrektoru, Fərhad Bədəlbəyli - xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Yuli Qusman - ilk Azərbaycan şən və hazırcavablar klubunun kapitanı, Lalə Kazımova - musiqişünas, "Qalateya" moda evinin direktoru, Vaqif Gərayzadə - bəstəkar, əməkdar incəsənət xadimi, Eldar Mansurov -bəstəkar, Afaq Məlikova - xalq artisti, Azərbaycan dövlət rəqs ansamblının bədii rəhbəri, Azad Əliyev - dirijor, Opera və Balet Teatrının direktoru, Murad Adıgözəlzadə - əməkdar artist, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, Rauf Babayev - xalq artisti, "Qaya" dövlət ansamblının bədii rəhbəri, Natəvan Şeyxova -xalq artisti, müğənni, Təranə Muradova - xalq artisti, rəqqasə.
Xatırladaq ki, "Avroviziya-2008" yarışmasında Azərbaycanı təmsil etmək üçün üç nəfər mübarizə aparır. Onlar "Sing your song" müsabiqəsinin qalibi Elnur Hüseynov, "Azəristar" müsabiqəsinin iştirakçısı Aynur İsgəndərli və "Unformal" rok qrupudur. Fevralın 2-də 52 illik tarixi olan və Avropanın bir çox mötəbər ölkələrinin qatıldığı "Avroviziya" rnüsabiqəsində ölkəmizi ilk dəfə təmsil edəcək müğənninin final seçimi olacaq. Bununla bağlı Heydər Əliyev adma İdman Konsert Kompleksində keçiriləcək yekun konsertində qalib bəlli olacaq. Konsertdə "Avroviziya" müsabiqəsində iştirak edərək, qalib gəlmiş Sertap Erener, Ruslana, Mariya Şerifoviç də iştiräk edəcək.
Bu
tədbirdə tamaşaçılara hər bir musiqini
özünəməxsus və professional şəkildə
izləyəcək ən yüksək səviyyəli texniki
dizayn, işıq effektləri təqdim ediləcək.
Məlumat üçün deyim ki, Elnur Hüseynov 1987-ci il martın 3-də
Türkmənistanın Aşqabad şəhərində
hərbçi ailəsində anadan olub. Anası musiqi
nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya
yanında istedadlı uşaqlar üçün
ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil
alıb. 1999-cu ildə Bakıya gələrək, 2000-ci
ildə Tibb Texnikumunda diş texniki fakültəsinə daxil
olub. 2001-ci ildə Asəf Zeynallı adına musiqi
məktəbinə daxil olur. Sonradan Azərbaycan Dövlət Opera
və Balet Teatrında işləyib. 2003-cü il-də "Sing your
Song" tele-layihəsində "Qran-pri" mükafatına
layiq görülüb. 2004-cü ildə məktəbi bitirdikdən
sonra stilist-bərbər peşəsini öyrənib.
M.Maqomayev adına Azərbaycanlı Dövlət
Filarmoniyasında kapella işləyib. Həmçinin,
kilsə xorunda da çalışıb. Sevda
Məmmədovadan və Fidan Hacıyevadan dərs alıb. Hazırda
Rəşad Həşimovun dərs alır.
Aynur İsgəndərli 1987-ci il 20
avqustda Bakıda musiqiçi ailəsində doğulub.
1994-cü ildən 2005-ci ilə qədər 5 saylı
ümumtəhsil məktəbində oxuyub. Paralel olaraq, 16
saylı 5 illik musiqi məktəbində fortepiano sinfində
təhsil alıb. 7 yaşında "Hər birimiz bir
çiçək" televiziya verilişinin solisti olub.
Hələ məktəb yaşlarında ikən
"Şərq ulduzları" uşaq vokal ansamblı
tərkibində böyük səhnələrdə konsertlərdə
çıxış edib. 2004-cü ildə "Azəri
star" tele-layihəsində iştirak edib, 3-cü yeri tutub.
2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin estrada - vokal oxuma
fakültəsinə daxil olub. Həmin il "8-ci Beynəlxalq
Asiya Festivalında" iştirak edərək,
"Gələcəyin ən perspektivli
müğənnisi" nominasiyasını qazanıb.
Hazırda 3-cü kurs tələbəsidir, Vaqif
Gərayzadənin rəhbərlik etdiyi "Aypara"
ansamblının solistidir. Həmçinin, muğamla, cazla
məşğul olur və şer yazır.
Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C.
prodüser mərkəzi tərəfindən təşkil
edilən Azerbaijan Rock Award Competition mükafatının
təqdimetmə mərasimində ilin ən yaxşı qrupu
elan edilərək, "Qızıl Aypara"
mükafatına layiq görülüb və öz
debütünü edib.
Səs.- 2008.- 26 yanvar.- S. 12.