Mübariz Tağıyevin
60 yaşı tamam olur
Bu gün estradamızın
parlaq ifaçılarından
xalq artisti Mübariz Tağıyevin doğum günüdür. Müğənni TrendLife-ın müxbiri ilə söhbətində
yubileyinin dövlətin
diqqətində olduğunu
xatırlatdı. Bildirdi ki,
iki gündən sonra yaxın dostlarınının təşəbbüsü
ilə məclis təşkil ediləcək.
Bu gün isə
o, ailə üzvləri
ilə birlikdə doğum gününü qeyd edəcək. Yubileyin dövlət səviyyəsində keçirilməsi
isə, yaz aylarına planlaşdırılır:
-Bildiyiniz kimi mənim çoxdan bəri planlaşdırdığım
konsertim təxirə düşüb, onu yüksək səviyyədə
təşkil etmək
istəyirik. Mənə yaxın olan
insanlarla bu qənaətə gəlmişik
ki, yaz aylarında
konsretim dövlət səviyyəsində qeyd olunsun.
-Niyə gecikdirirsiniz?
-Hazırlıqlar bu qədər vaxt aparacaq. Bir neçə
il əvvəl
proqram müəyyən
etdim. Lakin maliyyə çatışmamazlığı
üzündən, konsert
arzum gerçəkləşmədi.
Sənətkarın qapı-qapı düşməsi
ayıb sayılır,
mən özümü
belələrinn sırasına
qatmaq istəmədim.
Sakitcə oturub kimin mənə müraciət
edəcəyini gözlədim.
Təəssüf ki, həmin
ərəfədə sənətkardan
çox, şou-biznes
nümayəndələrinin qapısı döyüldü,
onların arzu və istəkləri nəzərə alınırdı.
Mən isə susub oturdum. Bəzi təşkilatlar boyun olmaq istəsə
də, onların şərtləri məni
qane etmədi. Çünki mən dünənin
müğənnisi deyiləm,
özümə və
sənətimə hörmət
edirəm.
-Dövlətin dəstək
olduğu konsert hansı ssenari üzrə təşkil olunacaq?
-Sadə bir konsert olacaq. Daha çox yaxın sənət dostlarımı,
dövlət nümayəndələrini
və KİV əməkdaşlarını
dəvət etməyi
düşünürəm. Hələlik proqramı müəyyən
edirəm. Bura daha
çox köhnə repertuardan mahnılar daxil etməyi düşünürəm. Məni
Estrada Simfonik Orkestri müşayiət edəcək.
-Yeri gəlmişkən,
estradanın bü günkü durumunu necə qiymətləndirirsiniz?
-Bir sözlə deyərdim ki, yaxşı oxuyanların sayı azalıb. Avropaya meyil etdikcə ənənələrimizi unuduruq.
Yaxşı oxuyanlarla çalışan
peşəkarlar yoxdur.
Mənim təmsil olunduğum “Yeni ulduz” mahnı yarışmasında istedalı
uşaqlar az
deyil. Onlarla müsabiqə çərçivəsində
çalışır, formalaşdıra
bilirik. Amma efir bitəndən
sonra bəziləri toylara, şou-proqramalara meyillənirlər. Bu da onların peşəkar ifaçı
kimi yetişməsinə
mane olur.
-Toylardan söz düşmüşkən, bildiyimizə
görə, heç vaxt el şənliyi dəvətlərini qəbul
etməmisiniz...
-Çunki sənətimi
hər şeydən üstün tutmuşam. Müəllimim Rəşid
Behbudov qarşımda
şərt qoymuşdu,
- “Ya toy,ya
sənət”. Mən ikincini
seçdim. Uduzmadığım qənaətindəyəm. Əslində, toylara getsəydim,
durumum bundan qat-qat yaxşı olardı. Amma Mübariz Tağıyev
olmazdım. Məlumdur ki,
mahnı ifaçılarının
pula ehtiyacı daha çoxdur - klip çəkdirmək, albom
çıxarmaq və
s. Bir çoxu bu xətti tutaraq
həmkarları ilə
ayaqlaşmağa çalışır.
Düzdür, mənim
albom və disklərimin sayı az deyil.
Ancaq heç vaxt düşünməmişəm ki, bunları ərsəyə gətirmək
üçün toya getməliyəm. Allah
lazım bildiyi vaxtda ruzimi yetirib
İki sahil.- 2007.- 31
yanvar.- S. 6.