Banu

 

Mədəniyyət konsepsiyası yeni qanunların hazırlanmasına yol açacaq

 

Milli Məclisin mədəniyyət məsələləri-daimi komissiyası ölkənin mədəniyyət konsepsiyasının hazırlanması istiqamətində iş aparır. Bu barədə məlumat verən parlamentin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərovun sözlərinə görə, mədəniyyət konsepsiyası hazırlandıqdan sonra bir sıra yeni qanunların qəbulu gerçəkləşəcək. Onun bildirdiyinə görə, artıq komissiyada qarşıdakı on, il üçün mədəniyyət siyasəti konsepsiyası müzakirədən keçirilib. Konsepsiya təsdiq olunduqdan sonra mədəniyyət sahəsini tənzimləyən digər qanunların qəbuluna şərait yaranacaq. Belə ki, hazırda "Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" qanun layihəsi üzərində iş gedir. Millət vəkili ümid edir ki, cari ildə bu qanunun qəbulu ınümkün olacaq.

N.Cəfərov hesab edir ki, bunlarla yanaşı aşıq sənətinin inkişafı ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var: "Coğrafi-etnoqrafik muzeylərin dünyada tanıdılması vacib məsələdir. Ümumilikdə, tarixən yaranmış mədəniyyəti qoruyub saxlamaq, mədəni prosesi müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək və mədəniyyət və incəsənət adamlarını dəyərləndirmək kimi üç prinsipə ciddi əməl etmək üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var".

Millət vəkilinin söylədiklərindən məlum oldu ki, mədəniyyət məsələləri daimi komissiyası "Mədəniyyət haqqında" qanun layihəsi üzərində də işləyir. Onun sözlərinə görə, layihənin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir: "Qanunun təkmilləşdirilməsi, onun müasir tələblərə cavab verən qanuna çevrilməsi istiqamətində iş aparılır. Qüvvədə olan qanun bir sıra tələbləri ödəmək iqtidarında dcyil. Hazırda mədəniyyət sahəsində ciddi dəyişikliklər baş verir. Belə hallar nəzərə alınaraq sözügedən qanunda zəruri yeniliklər ediləcək. Ölkənin mədəniyyət konsepsiyası təsdiqləndikdən sonra isə bu sahəni tənzimləyən bir sıra yeni qanunlar qəbul cdiləcək".

Millət vəkilinin fikrincə, tarixin yaranmış mədəniyyəti qoruyub saxlamaq, onu inkişaf etdirmək, mədəniyyət və incəsənət adamlarını dəyərləndirmək üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.

Millət vəkili Milli Televiziya və Radio Şurasının yerli telekanallarda türk dilində filmlərin yayımlanması ilə bağlı məhdudiyyətlərinə də münasibətini açıqladı. Xatırladaq ki, MTRŞ türk dilində yayımlanan filmlərə məhdudiyyətlər qoyulması barədə düşünür. Millət vəkilinin sözlərinə görə, limitin qoyulmasına şəraiti televiziyaların özü yaradıb. Belə ki, tərcüməyə vəsait xərcləmək istəməyən televiziyalar Azərbaycan tamaşaçısını dünya mədəniyyətinin gözəl incilərindən məhrum edir. Filmlərin türk dilindo yayımlanmasına tamamilə qadağa qoyulması məsələsinə gəlincə isə, millət vəkili bildirib ki, bu mümkün deyil: "Türk dünyasının ümumi maraqları var. Türk dilində olan filmlər tərcümə olunarsa, bir mütəxəssis kimi deyirəm ki, dil öz təbiiliyini də itirər. Düzdür, televiziyalarda hər hansı bir qanun tətbiq etmək şuranın bilavasitə səlahiyyətidir. Lakin bu ölkənin mədəniyyət, dil, siyasət məsələrinə baxan yuxarı təşkilatları var və lazım gələrsə, bu məsələ də orada müzakirəyə çıxarılar".

 

Ayna.- 2008.- 12 yanvar.- S. 19.