Sarıyeva İ.

 

Mədəniyyət və Turizm Nazirliyinin iki yaşı tamam oldu

 

Mədəniyyət və Turiznı Nazirliyinin iki yaşı tamam olur. Bu barədə qəzetimizə nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verdi.

İ.Hümbətov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin iki illiyi münasibətilə yanvarın 30-da saat 15-də «Park inn» otelində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə görüşəcək və onları maraqlandıran suallara cavab verəcək. Qeyd edək ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyinə çevrildikdən sonra mədəniyyət sahəsindəki ciddi problemlərin, hamısı olmasa da, bir çoxu aradan qaldırılıb, əksəriyyətinin həll olunması ilə bağlı nazir Əbülfəs Qarayev qərar verib. Hesab edirik ki, nazirlik mədəniyyət, incəsənət sahəsindəki illərdən bəri yığılıb qalan problemlərin həlli istiqamətində daha ciddi addımlar atacaq.

«Bakı-Xəbər» qəzeti olaraq, Mədəniyyət və Turizm Nazirliyinin kollektivini nazirliyin iki yaşı münasibətilə təbrik edir, onlara mədəniyyətimizin inkişafında uğurlar arzulayırıq.

 

Bakı xəbər.- 2008.- 30 yanvar.- S. 16.