Türkiyə
mətbuatı İrəvan Teatrı
haqqında
Xəbər verdiyimiz
kimi, İrəvan Dövlət Azərbaycan Dram
Teatrı ötər ilin sonlarında Türkiyənin Manisa,
İzmir, Niğdə şəhərlərində qastrol
səfərində olub. Türkiyəli tamaşaçılara
dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun"
və "Məşədi İbad" tamaşalarını
klassik və yeni tərzdə təqdim edən teatrın 12
nəfərlik aktyor heyəti diplomatik bir missiyanı da həyata keçirib.
Belə ki, Niğdə
Bələdiyyə Məclisinin qərarıyla Qızılalma
Parkının adı dəyişdirilərək,
Azərbaycanın ümummilli
lideri Heydər Əliyevin adının verilməsi
törəni düzənlənıb
İrəvan Teatrının Türkiyə səfəri
türk tamaşaçıları
tərəfindən
rəğbətlə qarşılanıb.
Həmyerlilərimizin bir
həftəlik səfəri Niğdə şəhərinin
mətbuat orqanlarında da geniş yer alıb. Bu günlərdə Mədəniyyət
və Turizm Nazirliyinə Niğdə Şəhər
Bələdiyyəsi tərəfindən ünvanlanan
təşəkkür məktubuna əlavə edilən
həmin
məqalələrdən parçaları oxucularımızın diqqətinə çatdırırıq.
"Gündem" qəzetinin 27-28 noyabr tarixli saylarında "Türkiyə-Azərbaycan
dostluğu Niğdədə gerçəkləşdi"
başlıqlı yazıda İrəvan Teatrının bu
səfəri ilə Azərbaycan -Türkiyə dostluğuna
yeni səhifələr yazıldığı
vurğulanır. Qəzet ümummilli liderimiz H.Əliyevin
"Türkiyə və Azərbaycan bir millət, iki
dövlətdir" fikrini bu iki ölkə arasında
fəlsəfi bir yaxınlaşma düsturu kimi də
açıqlayır. Niğdə Bələdiyyə Məclisinin
qərarıyla Qızılalma Parkının adının
dəyişdirilərək, Heydər Əliyevin adının
verilməsindən məmnunluq duyduqlarını bildirən
Niğdə Bələdiyyə Başkanı Murat Zeren bunu
böyük dostluq nişanəsi kimi dəyərləndirir.
Türkiyədə “Yeni
Yıldız” qəzetinin 28 noyabr tarixli sayında
"Azərbaycan teatrı tamaşaçı qazandı"
məqaləsində də İrəvan Teatrının
türkiyəli sənətsevərlər tərəfindən
maraqla qarşılanmasından, tamaşanın böyük
uğurundan söz açılır. "Hamle"
qəzetinin 28 noyabr sayındakı "Möhtəşəm
- qala" yazısında İrəvan Dövlət
Azərbaycan Dram Teatrının yaranmasının 125 illiyini
onlarla birgə qarşılayan aktyor heyətinin uğurlu
çıxışından söz açan müəllif bu
səfərin əhəmiyyətindən bəhs edir.
Mədəniyyət.- 2008.- 16 yanvar.- S. 7.